Tolikin qızının 1 yaşı oldu Fotolar
Axsham.az saytına istinadən Icma.az xəbər verir.
Aparıcı Tarix Əliyevin (Tolik) qızı Milananın ad günüdür.
Axşam.az xəbər verir ki, Tolik bununla bağlı paylaşım edib. O, övladını bu sözlərlə təbrik edib:
"2025-ci ilin martın 27-si… Həyatımın ən böyük dəyişikliklərindən birinin ildönümü. İlk günlər heç nə hiss etmirdim, sanki hər şey adi idi. Amma günlər keçdikcə qəlbimdə böyüyən o hissin adını anladım - sevgi. Və anladım ki, mən artıq valideynəm, atayam. Zaman necə də tez keçdi. Bu gün dünyamın ən qiymətli varlığı - Milanamın bir yaşı tamam olur. İndi ona “ataya bax” deyəndə baxır, “atanı öp” deyəndə öpür, “ata” sözünü anlayır. Amma ən əsası, “qızım” sözünün nə demək olduğunu anladım. Bilirəm ki, bu dünyada mənim üçün nəfəs alan bir can var, onun adı Milana. Allah mənə göz açıb-yumana qədər onun bu bir yaşını görməyi nəsib etdi. İnşallah, ömür versin, əlimdən tutub ilk addımlarını görüm,
onu bağçaya aparım, məktəbə yola salım, universitetdə oxuduğunu görüm. Bir gün onu öz evimdən gəlin köçürüm. Qızım, bir yaşın mübarək. Nə yaxşı ki, həyatıma gəldin, varsan, həyatımı bu qədər gözəlləşdirdin".
Qeyd edək ki, Tolik qızının surroqat ana vasitəsilə dünyaya gəldiyini bildirib.
Baxış sayı:132
Bu xəbər 27 Mart 2026 11:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















