Icma.az
close
up
RU
“Top” İrəvanın MEYDANÇASINDA: “Azərbaycanın sülh müqaviləsi ilə bağlı ortaya qoyduğu əsas şərtlər bəllidir”

“Top” İrəvanın MEYDANÇASINDA: “Azərbaycanın sülh müqaviləsi ilə bağlı ortaya qoyduğu əsas şərtlər bəllidir”

Icma.az xəbər verir, Yenicag saytına əsaslanaraq.

“Ermənistan tərəfindən yayılan bu məlumatların, əslində, manipulyasiya olduğu açıq şəkildə görünür. Çünki sülh danışıqları prosesində kommunikasiyaların açılması, xüsusilə Zəngəzur dəhlizi məsələsi sülh müqaviləsindən ayrı bir mövzu kimi müzakirə olunacaq. Keçən ilin iyul ayında Azərbaycanın təklifi ilə Ermənistan da bunu qəbul etmişdi. Bunun səbəbi isə bölgədə müxtəlif güc mərkəzlərinin maraqlarının toqquşması idi ki, bu da həm dəhlizin açılmasına mane olur, həm də sülh prosesini ləngidirdi. Məhz buna görə də Azərbaycan bu variantı irəli sürdü və Ermənistan da razılaşdı”.

Bunu Yenicag.az-la söhbətində politoloq Oktay Qasımov deyib.

Siyasi təhlilçi sülh müqaviləsi ilə bağlı Bakı və İrəvan arasında davam edən danışıqların növbəti raundundan söz açıb.

Onun sözlərinə görə, Ermənistan tərəfindən səsləndirilən “Azərbaycan kommunikasiyaların açılması məsələsinə münasibət bildirmir” fikirləri manipulyasiyadır:

“Burada məqsəd Ermənistanın guya bu prosesdə konstruktiv olduğunu göstərməkdir. Halbuki, kommunikasiyaların açılması məsələsində əsas diqqət Zəngəzur dəhlizinə yönəlib. Çünki 10 noyabr bəyanatında bu barədə konkret müddəalar var. Digər kommunikasiyalarla bağlı isə ümumi kontekstdə Ermənistanla Azərbaycan arasında açılacaq iki əsas xətt mövcuddur: bunlardan biri Zəngəzur dəhlizidir ki, bu, Ermənistanın xarici dünyaya çıxışını təmin edir. Digəri isə İcevan-Qazax xəttidir ki, burada da əsas problem yoxdur və Zəngəzur dəhlizi açıldıqdan sonra bu xəttin açılması da çətinlik yaratmayacaq. Çünki orada, əsasən, texniki məsələlər qalır və sadəcə yüngül bərpa işləri aparılmalıdır. Lakin Zəngəzur dəhlizi məsələsində əsas problem qlobal güclərin rəqabəti ilə bağlıdır. Burada İran, Rusiya, Türkiyə, ABŞ və Avropa İttifaqının maraqları toqquşur. Bu da prosesə birbaşa təsir göstərir və onun reallaşmasını ləngidir”.

Analitikin fikrincə, burada ikinci əsas məsələ isə silahlara nəzarət mexanizmi ilə bağlı Azərbaycanın cavab verməməsi haqqında Ermənistanın iddialarıdır:

“Azərbaycan nə cavab verməlidir? Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamadığı halda, öz hərbi arsenalı və ya məxfi məsələləri ilə bağlı hansısa məlumat vermək məcburiyyətində deyil. Bu, absurddur. Ermənistan bu açıqlamalarla özünü sülhpərvər kimi təqdim etməyə çalışır. Azərbaycanın sülh müqaviləsi ilə bağlı ortaya qoyduğu əsas şərtlər bəllidir. Bunlardan birincisi, Ermənistan Konstitusiyasına dəyişiklik edərək ərazi iddialarını oradan çıxarmalıdır. İkincisi, Azərbaycan Ermənistanla sərhədlərdə üçüncü ölkələrin qüvvələrinin yerləşdirilməsinə qarşıdır. Ermənistan Avropa İttifaqının müşahidə missiyasının çıxarılmasını qulaqardına vuraraq, bu missiyanın müddətini 2027-ci ilə qədər uzatdı. Azərbaycan ATƏT-in Minsk Qrupunun fəaliyyətinin dayandırılması üçün birgə müraciət edilməsini təklif etsə də, Ermənistan bu təklifdən də yayındı. Ermənistan bütün bunların sülh müqaviləsindən sonra həll olunmalı olduğunu əsas gətirərək, ərazi iddialarını qanunvericilik aktlarında saxlamağa çalışır. ATƏT-in Minsk Qrupunun saxlanmasını istəməsi də bunu bir daha təsdiqləyir”.

O. Qasımov onu da vurğulayıb ki, kommunikasiyaların açılması ilə bağlı Ermənistanın Azərbaycana təklif etdiyi model də məntiqli deyil:

“Onlar İrandan Naxçıvana gedən yolun statusunu misal göstərərək, Azərbaycana eyni rejimi tətbiq etməyi təklif edirlər. Bu isə 10 noyabr bəyanatının ruhuna tamamilə ziddir. Çünki bəyanatda açıq şəkildə göstərilir ki, Azərbaycanı Naxçıvanla birləşdirən kommunikasiya xəttində vətəndaşların, avtonəqliyyat vasitələrinin və yüklərin hərəkəti maneəsiz və asanlaşdırılmış rejimdə təmin olunmalıdır. Azərbaycan isə kommunikasiyaların açılması ilə bağlı beynəlxalq praktikaya uyğun təklif irəli sürüb. Rusiya ilə Kalininqrad vilayəti arasında Litva ərazisindən keçən dəhlizdə tətbiq olunan model buraya da aid edilə bilər. Orada yüklər plomblanır və dayanmadan Kalininqrada daşınır”.

“Ermənistan isə tamamilə fərqli bir şey təklif edərək, manipulyativ yanaşma sərgiləyir. Bu da bir daha göstərir ki, Ermənistanın məqsədi sülh prosesini irəli aparmaq deyil, danışıqları uzadaraq öz maraqlarını qorumaqdır. Ermənistanın bu iddialarının heç bir ciddi əsası yoxdur və Azərbaycan onların manipulyativ açıqlamalarına cavab verməyə məcbur deyil. Azərbaycanın mövqeyi açıqdır: Ermənistan Konstitusiyasına dəyişiklik etməli, kommunikasiyaların açılması beynəlxalq öhdəliklərə uyğun həyata keçirilməli və sülh müqaviləsi imzalanmalıdır”, – deyə o, fikirlərini tamamlayıb.

Rafi Müslümov

www.yenicag.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 27 Fevral 2025 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri