Icma.az
close
up
RU
Topçubaşovun ömür yolu cərrahiyyə elmini həyat yolu seçən gənc nəsil üçün böyük alimlik və insanlıq məktəbidir” Nazir

Topçubaşovun ömür yolu cərrahiyyə elmini həyat yolu seçən gənc nəsil üçün böyük alimlik və insanlıq məktəbidir” Nazir

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Dünya tibb elminin inkişafında əvəzsiz rol oynamış akademik Mustafa Topçubaşovun zəngin irsi və əziz xatirəsi ölkəmizin ictimaiyyəti tərəfindən daim hörmət və minnətdarlıqla yad edilir".

525.az xəbər verir ki, bu sözləri AR səhiyyə naziri Teymur Musayev oktyabrın 8-də AMEA-nın Rəyasət Heyətində akademik Mustafa Topçubaşovun 130 illiyinə həsr olunmuş yubiley tədbirində deyib.

Teymur Musayev qeyd edib ki, akademik Mustafa Topçubaşov təkcə öz dövrünün deyil, Azərbaycan səhiyyə və tibb elminin tarixində adı əbədi həkk olunmuş alimdir. O qeyd edib ki, Mustafa Topçubaşov dövrün elm mərkəzlərindən sayılan Kiyev Universitetinin tibb fakültəsini bitirmiş, intensiv praktik fəaliyyəti ilə elmi araşdırmalara böyük maraq göstərmişdir. Onun uzun müddət cərrahi ağrısızlaşdırma problemi üzərində işlədiyini deyən Teymur Musayev bildirib ki, bu sahədə apardığı elmi axtarışlar Mustafa bəyə 1938-ci ildə cərrahlıq praktikasına yeni, nisbətən təhlükəsiz keyləşdirmə metodonu - inyeksion efir-yağ narkozunu daxil etməyə imkan vermişdir.

“1945-ci ildə SSRİ Xalq Səhiyyə Komissarlığının Elmi-Tibbi Şurasının Farmakologiya Komitəsinin iclasında efir-yağ qarışığının “Analgezin” adı altında istehsal edilməsinə icazə verilmişdir. Bu metodun kəşfi və tətbiqi ilə əlaqədar olaraq A.Vişnevski adına mükafata və diploma layiq görülmüşdür. Hərbi-səhra cərrahlığının aktual problemlərindən olan insan bədəninə daxil olmuş metal yad cismin lokalizasiyası və onun xaric edilməsi problemi üzərində çalışan alimin konstruksiya etdiyi stereoskop aparatı portativliyinə və yad cismin lokalizasiyasını dəqiq təyinetmə imkanına görə müvəffəqiyyətlə təcrübədə tətbiq edilib”, - deyə nazir diqqətə çatdırıb.

Teymur Musayev vurğulayıb ki, onun tibb elmində irəli sürdüyü yeniliklərdən biri də borulu sümüklərin sınıqlarının təxirəsalınmaz osteosintezi üsuludur. Eyni zamanda, Topçubaşov dalaq, qaraciyər, böyrək, böyrəküstü vəz kimi həyati orqanlara abdomino-diafraqmal və bel-diafraqmal yollarla müdaxilənin müəllifi olaraq, urologiya, travmatologiya, neyrocərrahiyyə, abdominal və torakal cərrahiyyə sahələrində mühüm yeniliklərə imza atmışdır.

Mustafa Topçubaşovun genişmiqyaslı elmi-pedaqoji fəaliyyətlə də məşğul olduğunu və yüksəkixtisaslı həkim kadrların hazırlanmasında böyük xidmətlər göstərdiyini deyən nazir onun layihəsi üzrə kafedrada tələbələrə cərrahi müdaxilənin bütün gedişatını izləməyə imkan verən operasiyon - auditoriyanın təşkil edildiyini vurğulayıb. Bildirib ki, onun qələmə aldığı beş cildlik “Xüsusi cərrahlıq” dərsliyi faktiki materiallar, elmi əsaslandırmalar və əhatəli təsvirləri ilə elmi ictimaiyyətin diqqətini cəlb etmişdir.

“Mustafa Topçubaşovun xatirəsini əbədiləşdirmək üçün Bakı şəhərində və bölgələrdə küçələr onun adı ilə adlandırılıb. Haqqında filmlər çəkilib, adına poçt markası buraxılıb. Bakıda onilliklər boyu əhaliyə yüksək keyfiyyətli tibb xidməti göstərən Elmi Cərrahiyyə Mərkəzi onun adını daşıyır. Səhiyyə Nazirliyinin akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin əsaslı təmirdən və yenidənqurmadan sonra açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak etmişlər. Topçubaşovun ömür yolu bu gün cərrahlığı məslək seçən, cərrahiyyə elmini həyat yolu seçən gənc nəsil üçün böyük alimlik və insanlıq məktəbidir. Həkimlik peşəsini özünə əqidə seçən hər bir kəs ömründə bircə dəfə də olsun Mustafa bəylə çiyin-çiyinə durmaq, elmi təfəkküründən bir zərrə alıb parlamaq arzusunda olmuşdur”, - deyə Teymur Musayev qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://525.az
archiveBu xəbər 08 Oktyabr 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see161

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see157

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see154

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see128

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri