Icma.az
close
up
RU
Alimlik, pedaqoqluq və insanlıq nümunəsi

Alimlik, pedaqoqluq və insanlıq nümunəsi

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Aydın KAZIMZADƏ
Bakı Dövlət Universitetinin professoru, AMEA-nın müxbir üzvü

2025-ci ildə görkəmli alim və pedaqoq, Əməkdar elm xadimi, psixologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin (BDU) fəxri professoru, "Şöhrət" ordenli Əkbər Salman oğlu Bayramovun anadan olmasının 95 illiyi tamamlanır. İxtisasıma müvafiq olmadığı üçün bu məqalədə mən heç də onun elmi yaradıcılığı haqqında təhlillər aparmaq fikrində deyiləm. Ölkəmizdə psixologiya elminin və onun tədrisinin korifeylərindən sayılan Əkbər Bayramovun həyat və yaradıcılığı bir sıra görkəmli pedaqoq və psixoloqlar tərəfindən ətraflı araşdırılıb, onun haqqında sanballı məqalələr yazılıb və heç şübhəsiz ki, bundan sonra da yazılacaq. Sadəcə olaraq bu məqaləni qələmə alarkən mən hər ikimizin həyatının böyük bir hissəsinin Ulu öndər Heydər Əliyevin məzunu olduğu və Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti və milli iftixarı adlandırdığı Bakı Dövlət Universiteti ilə bağlı olduğunu, uzun illər bu Universitetdə birlikdə çalışaraq əməkdaşlıq etdiyimizi nəzərə alaraq, özümü 95 illik yubileyi münasibətilə Əkbər müəllim haqqında bir neçə söz demək fikrindən daşındıra bilmədim.

Ə.Bayramov 30 dekabr 1930-cu ildə Ağdam rayonunun Əlimədətli kəndində anadan olub. O, 1945-ci ildə Əlimədətli kənd 7 illik məktəbini, 1949-cu ildə Ağdam Pedaqoji Texnikumunu bitirərək elə həmin ildə Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti) daxil olmuş, 1954-cü ildə filologiya fakültəsinin məntiq-psixologiya şöbəsini əla qiymətlərlə bitirmişdi. BDU-nun Elmi Şurasının qərarı ilə aspiranturaya tövsiyə edilmiş və 1954-1957-ci illərdə təhsilini psixologiya ixtisası üzrə Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti - ADPU) aspiranturasında davam etdirmişdi. 1959-cu ildə "Təfəkkürün müstəqillik və tənqidiliyinə görə III - IV sinif şagirdlərinin fərdi xüsusiyyətləri" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək psixologiya elmləri namizədi, 1969-cu ildə isə "Kiçik məktəb yaşlı şagirdlərdə təfəkkürün müstəqillik və tənqidiliyinin inkişaf dinamikası" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək psixologiya elmləri doktoru elmi dərəcələrini alıb.

Ə.Bayramov əmək fəaliyyətinə 1957-ci ildən başlayıb. 1957-1958-ci illərdə ADPU-da aspirantura şöbəsinin müdiri, 1958-1960-ci illərdə elmi işlər üzrə prorektorun köməkçisi olub. 1960-1971-ci illərdə ADPU-nun psixologiya kafedrasında baş müəllim, dosent, professor vəzifələrində işləyib. Eyni zamanda o, əvəzçiliklə 1965-1969-cu illərdə Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunda baş elmi işçi vəzifəsində, 1965-1983-cü illərdə Yerevan Pedaqoji İnstitutunun Azərbaycan bölməsinə kömək məqsədilə orada çalışıb.

1971-ci ildən başlayaraq professor Ə.Bayramovun elmi və elmi-pedaqoji fəaliyyəti BDU ilə bağlı olub. 1971-1999-cu illərdə əvvəlcə BDU-da pedaqogika və psixologiya kafedrasının, 1992-ci ildə kafedralar ayrıldıqdan sonra isə psixologiya kafedrasının müdiri, 1999-cu ildən ömrünün sonunadək həmin kafedrada professor vəzifəsində çalışıb.

Professor Ə.Bayramov 46 monoqrafiya, dərslik, dərs vəsaiti, elmi-kütləvi kitabın, 250-dan artıq elmi məqalə və məruzə tezislərinin müəllifidir. Eyni zamanda o, psixologiya elminin, təlim-tərbiyənin aktual məsələlərinə dair 270-dən artıq qəzet məqaləsinin müəllifidir. Psixologiya, pedaqogika, məntiq və s. elmlər üzrə o, 35-dən artıq dərslik, dərs vəsaiti və monoqrafiyanın elmi redaktoru olub.

Professor Ə.Bayramov "Psixologiya", "Sosial psixologiya", "Məhkəmə psixologiyası", "Məhkəmə psixologiyası və psixoloji ekspertiza məsələləri", "Etnik psixologiya" kimi fundamental dərsliklərin müəllifidir. Həmin dərsliklər psixologiya elminin müasir inkişaf səviyyəsini tam dolğunluğu ilə əks etdirir və milli zəmində zəngin ədəbi-bədii irsimizdən yetərincə bəhrələnmək əsasında yazılıb.

Professor Ə.Bayramov 10 cildlik Azərbaycan Sovet Ensiklopediyası, Kitabi Dədə-Qorqud Ensiklopediyası üçün psixologiya elminin müxtəlif problemlərinə aid 58-dən artıq məqalə yazıb. Eyni zamanda o, 10 cildlik Azərbaycan Sovet Ensiklopediyasının və 3 cildlik Uşaq Ensiklopediyasının redaksiya nəşriyyat şurasının üzvü olub.

Görkəmli alim Ə.Bayramov kadr hazırlığı sahəsində də gərgin əmək sərf etmişdi. O, nəinki respublikada, eləcə də digər (Tacikistan, Qırğızıstan, İran İslam Respublikası və b.) ölkələr üçün psixologiya üzrə yüksəkixtisaslı elmi kadrlar hazırlanmasında yaxından iştirak edib. Onun elmi rəhbərliyi ilə psixologiya elmi üzrə 35-dən artıq elmlər namizədi və elmlər doktoru dissertasiyası yazılıb, 15-dən artıq magistr dissertasiyasının elmi rəhbəri olub. Bununla bərabər, o, keçmiş sovetlər məkanında 10-dan artıq namizədlik və doktorluq dissertasiyalarının rəsmi opponenti olmuşdu.

Professor Ə.Bayramov SSRİ Psixoloqlar Cəmiyyəti Azərbaycan şöbəsinin, Azərbaycan Təhsil Nazirliyi Elmi-Metodik Şurasının pedaqogika və psixologiya bölməsinin sədri, Respublika İctimai rəyi öyrənən Sosioloji Mərkəzinin üzvü, 1994-2000-ci illərdə onun təşəbbüsü və yaxından köməyi ilə psixologiya elmləri üzrə BDU-nun nəzdində təşkil olunmuş ixtisaslaşdırılmış müdafiə şurasının sədri, 2000-2004-cü illərdə Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyasının ekspert şurasının üzvü olub.

Ə.Bayramov görkəmli alim və qayğıkeş insan olmaqla yanaşı, həm də gözəl müəllim idi. Bacarıqlı bir müəllim kimi, o, həmişə tələbələrinin təkcə biliklərə yiyələnməsinə deyil, eyni zamanda, geniş dünyagörüşə, yüksək mənəvi keyfiyyətlərə malik olmasına, bütöv şəxsiyyət kimi yetişməsinə çalışırdı. Mətbuatda dəfələrlə qeyd edildiyi kimi, o, tədris etdiyi elmin nailiyyətlərinin geniş xalq təbəqələri arasında yayılmasının büyük təbliğatçısı olmuşdu, elmi biliklərin yayılması yolunu gənc istedadların üzə çıxarılması və onların elmi fəaliyyətə cəlb edilməsinin ən real vasitələrindən biri hesab edirdi. Eyni zamanda o, elmdə varislik ənənələrini onun inkişafının ən zəruri əsası kimi qiymətləndirərək görkəmli alimlərin elmi irsinin gənc nəslə çatdırılmasına, onların zəngin təcrübəsi və bilikləri ilə gənclərin yaradıcılıq imkanlarının müvəffəqiyyətlə əlaqələndirilməsinə xüsusi qayğı göstərirdi. Xeyirxah, mehriban, təvazökar, yüksək davranış mədəniyyətinə malik olan Əkbər müəllim eyni zamanda ciddi və prinsipial bir insan idi. Qarşısına qoyduğu məqsədə nail olmaq üçün o, heç vaxt yolundan dönmür, addım-addım, eyni zamanda inamla irəliləyirdi. Bütün bunlara görə hər yerdə ona hörmət edir, onu müdrik bir insan kimi qəbul edirdilər.

Professor Ə.Bayramovun elmi və ictimai fəaliyyəti yüksək qiymətləndirilib. O, "Fədakar əməyə görə" yubiley medalı (1970), "Şərəf nişanı" ordeni (1976), "SSRİ maarif əlaçısı" (1977) və Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə elm və təhsil sahələrində xidmətlərinə görə "Şöhrət ordeni" (2000), eləcə də bir neçə dəfə Azərbaycan Təhsil Nazirliyinin fəxri fərmanları ilə təltif edilib. 1981-ci ildə ona Əməkdar elm xadimi fəxri adı verilib. O, 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin fəxri təqaüdünə layiq görülmüş, 2016-cı ildə Bakı Dövlət Universitetinin fəxri professoru seçilmişdi.

Görkəmli alim 2017-ci il iyulun 8-də Bakıda vəfat edib. Özü həyatda olmamasına baxmayaraq, onun yaratdığı elmi məktəb bu gün də yaşayır, irəli sürdüyü ideyalar və qələmə aldığı əsərlər bu gün də öz müasirliyini saxlayır, uzun illər çalışdığı və 30 ilə yaxın müddətdə rəhbərlik etdiyi kafedra fəaliyyətini uğurla davam etdirir.

Bu məqaləni Azərbaycanda psixologiya elminin digər korifeylərindən biri, əməkdar elm xadimi, psixologiya elmləri doktoru, professor, "Şöhrət" ordenli Əbdül Əlizadənin həmkarı haqqında yazdığı aşağıdakı fikirlərlə bitirmək istəyirəm: "Elmin zirvəsinə yol fədakarlıqdan və istedaddan keçir. Ancaq ağır zəhmətə qatlaşanlar, bütün həyatının mənasını elmə həsr etməkdə görən istedadlı şəxslər bu zirvəyə yüksələ bilərlər. Bu gün həmin zirvədə duranlardan biri ömrünün müdriklik çağını yaşayan görkəmli psixoloq, əməkdar elm xadimi, professor Əkbər Salman oğlu Bayramovdur. Respublikada psixologiya elminin inkişafında, yeni psixoloqlar nəslinin yetişməsində Əkbər müəllimin xidməti əvəzsizdir".

Professor Əkbər Bayramovun əziz və parlaq xatirəsi qəlblərdə əbədi yaşayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:565
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Dekabr 2025 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see297

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see280

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see263

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see251

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see235

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see232

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see230

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see223

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see215

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see214

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see211

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see210

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see206

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see205

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see201

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see199

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see196

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see195

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see192

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri