Icma.az
close
up
RU
Toqquşma xətti: Ankara İsraillə razılığa gəlməyə çalışır

Toqquşma xətti: Ankara İsraillə razılığa gəlməyə çalışır

Reyting.az saytına istinadən Icma.az xəbər verir.


Türkiyə və İsrail anlaşılmazlıqdan qaçmaq və hərbçiləri arasında potensial toqquşmaların qarşısını almaq üçün Suriyada münaqişənin aradan qaldırılması xəttinin yaradılması ilə bağlı danışıqlar aparıblar.
Reyting.az
xəbər verir ki, bu barədə “Middle East Eye” (MEE) yazıb.
Britaniya nəşrinin təhlilində qeyd olunur ki, bu barədə iki Qərb rəsmisi danışıb.
Bildirilir ki, keçən həftə İsrail hava qüvvələri Suriyada Türkiyənin tezliklə yerləşdirməyi planlaşdırdığı Hama və Tiyas aviabazaları da daxil olmaqla, hərbi obyektləri hədəfə alaraq bir neçə hava zərbəsi endirib:
Zərbələr Ankaranın T4 bazasını yoxlamaq və yenidənqurma üçün ilkin qiymətləndirmə aparmaq məqsədi ilə texniki qrup göndərməyə hazırlaşdığı vaxt baş verib.
Qərb rəsmilərinin sözlərinə görə, baş nazir Benyamin Netanyahu həmkarlarına bildirib ki, Türkiyənin aktivlərini yerləşdirməzdən əvvəl İsrailin T4 bazasına zərbə endirmək üçün məhdud pəncərəsi var. O, bazanın İsrail əməliyyatları üçün qadağan olunacağını deyib.
Türkiyə hərbçilərinin İsrail hücumuna məruz qalması, səhvən də olsa, böyük bir münaqişəyə səbəb ola bilər. Bununla belə, bazalarda hava hücumundan müdafiə sistemlərinin tətbiqi İsrail təyyarələrini də ərazidə fəaliyyətdən çəkindirəcək.
Keçən həftə Ankara müşahidə və hücum dronlarını yerləşdirmək üçün T4 bazasına giriş edib.
Türkiyə, həmçinin “Hisar” tipli hava hücumundan müdafiə sistemlərinin quraşdırılmasını planlaşdırır. Nəhayət, Türkiyə ordusu baza daxilində və ətrafında təyyarələr, pilotsuz uçuş aparatlar və raketlərdən gələn təhdidlərə qarşı nəzərdə tutulmuş qısa, orta və uzun mənzilli imkanlara malik laylı hava hücumundan müdafiə sistemi qurmağı hədəfləyir.
Məlumata görə, planlara bazanın yenidən qurulması başa çatana qədər Rusiya istehsalı olan “S-400” hava hücumundan müdafiə sistemlərinin müvəqqəti yerləşdirilməsi daxildir.
Eyni Qərb mənbələrinin sözlərinə görə, hava hücumlarından sonra Netanyahu Türkiyə ilə münaqişənin aradan qaldırılması üçün danışıqların davam etdirilməsini düşünür.
Baş nazir bildirib ki, İsrail Suriyanın cənubunda, o cümlədən Türkiyənin hər hansı bir digər nöqtədə mövcudluğunu istəmir.
Türkiyə-İsrail gərginliyi ilə tanış olan ayrı bir mənbə İsrailin T4 bazasına zərbə endirməsindən sonra hər iki ölkənin münaqişənin aradan qaldırılması üzrə xəttin yaradılması üçün danışıqlar apardığını təsdiqləyib:
“Həm İsrail, həm də Türkiyə rəsmiləri eyni gündə eyni bəyanatlar verərək, Suriyada bir-birləri ilə münaqişəyə can atmadıqlarını bildiriblər. Görünür, bu razılaşdırılıb”.
Türkiyənin xarici işlər naziri Hakan Fidan ötən Cümə günü “Reuters” agentliyinə bildirib ki, Türkiyə Suriyada İsraillə qarşıdurma yaratmağa çalışmır. Eyni agentlik yüksək rütbəli bir İsrail rəsmisinin oxşar cümlə işlətdiyi bəyanatı yayıb.
Mənbə əlavə edib ki, ictimai təhdidlərə baxmayaraq, İsrail çox güman ki, Hama və Palmiradakı türk hərbi bazalarını münaqişənin aradan qaldırılması kimi qəbul edəcək.
Ötən ilin dekabrında Bəşər Əsəd hökumətinin süqutu və Türkiyənin Suriyada dominant regional gücə çevrilməsi indi Ankaranı potensial olaraq İrandan daha böyük təhlükə sayan İsraili narahat edib.
Dekabr ayından bəri Ankara və Dəməşq müdafiə paktı üzrə danışıqlar aparır. Təklif olunan razılaşmaya əsasən, Türkiyə Suriyanın yeni hökuməti üçün hava örtüyü və hərbi müdafiə təmin edəcək.
Türkiyə, həmçinin İŞİD qruplaşmasına qarşı kampaniyanı gücləndirməyi hədəfləyir - ABŞ-nın regiondan çıxması məsələsini nəzərdən keçirməsi üçün əsas şərt.
“ABŞ Suriyada son hakim olaraq qalır və görünür, Vaşinqton həm İsrail, həm də Türkiyənin gərginliyi azaltmasını istəyir”, - mənbə əlavə edib.
Türkiyə rəsmiləri bildirirlər ki, ölkə İŞİD əleyhinə kampaniya çərçivəsində Suriyanın şərqində hərbi bazalar qurmağı planlaşdırır. Vaşinqton geri çəkilməyə hazırlaşarkən, Ankara İŞİD-ə qarşı əməliyyatları davam etdirmək üçün İordaniya, Livan, Suriya və İraqdan ibarət regional platforma yaratmağa çalışır.
T4 və Palmira bazaları bölgədə qalan İŞİD elementlərinin ovlanması üçün mühüm hesab olunur.
Türkiyə Müdafiə Nazirliyi şərh tələblərinə cavab verməyib. MEE məsələ ilə bağlı İsrail Xarici İşlər Nazirliyinə də sorğu təqdim edib.
Bununla belə, İsrailin Suriya ilə bağlı əsas narahatlığı ölkədə hava əməliyyatı azadlığıdır, çünki Türkiyənin hava hücumundan müdafiə vasitələri quraşdırılarsa, İsrail təyyarələrinin Suriya hava məkanından istifadə edərək hava əməliyyatları keçirməsini imkan verməyə bilər.
“Biz suriyalılar adından danışa bilmərik. Suriyanın təhlükəsizliyinə suriyalılar qərar verməlidir”, - H. Fidan deyib. Əgər onlar israillilərlə müəyyən anlaşmaya nail olmaq istəyirlərsə, bu, onların işidir”.
Y. QACAR
Reyting.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:85
embedMənbə:https://reyting.az
archiveBu xəbər 08 Aprel 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see254

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see201

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see164

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see145

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri