Icma.az
close
up
RU
Toral Bayramov “Bursaspor”dakı vəziyyəti ilə bağlı danışdı

Toral Bayramov “Bursaspor”dakı vəziyyəti ilə bağlı danışdı

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Hazırda psixoloji olaraq çox yaxşıyam, xoşbəxtəm. Milli komandaya gəlmişəm, hər şey qaydasındadır. İnanıram ki, hər şey daha da yaxşı olacaq”.

Bunu Azərbaycan millisinin və Türkiyənin “Bursaspor” klubunun futbolçusu Toral Bayramov deyib.

O, yığmanın heyətində Tacikistana qarşı keçirilən yoldaşlıq görüşündə 1:0 hesablı qələbəyə səbəb qolu vurması barədə danışıb.

“Qol vurmaq hər zaman əlavə motivasiya verir. Amma bura milli komandadır. Qol vurmaq üçün yox, hər zaman qələbə qazanmaq üçün meydana çıxırıq. Bunun üçün əlimizdən gələn hər şeyi də edəcəyik.

İlk oyunumuz idi, qələbə qazanmaq vacib idi. Qələbəyə ehtiyacımız vardı. Önümüzdəki oyuna hazırlaşacağıq. İnşallah, orada da qələbə qazanarıq. Azarkeşlərə yanımızda olduqları üçün təşəkkür edirəm. İnanın ki, əlimizdən gələni edirik ki, yaxşıya doğru gedək və gedəcəyik. Bizə inansınlar və yanımızda olsunlar”, - deyə o teleqraf.az-a açıqlamasında söyləyib.

Türkiyədə legioner karyerasında Birinci Liqa təmsilçisi “Bursaspor”da son zamanlar ürəkaçan dönəm yaşamayan T.Bayramov çalışaraq özünü sübut edəcəyini bildirib:

“Karyeramla bağlı heç bir dəyişiklik planlamıram. Hər şey yaxşı olacaq. Enişlər, yoxuşlar olur, hər şey düzələcək”.

Futbolçu “Bursaspor” azarkeşlərinin onun klubdan ayrılmasını istəməsinə də münasibət bildirib:

“Bu, normaldır. Dünyanın hər yerində olur. Mən sübut edəcəyəm, hər şey yaxşı olacaq. Hər birini sevirəm”.

Qeyd edək ki, Toral Bayramov bu ilin iyununda “Qarabağ”dan “Bursaspor”a transfer olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 24 Sentyabr 2026 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri