Torontoda Azərbaycanın Vətən müharibəsi şəhidlərinin xatirəsi yad olunub
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 25 sentyabr, AZƏRTAC
Kanadanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan Toronto Universitetində 27 Sentyabr – Anım Gününün 5-ci ildönümü ilə bağlı “Sülhün əks-sədası” adlı tədbir keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbir “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutub.
Anım tədbirində Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Vüsal Süleymanov, Türkiyənin Torontodakı baş konsulu Can Yoldaş, Pakistanın Torontodakı baş konsulu Khalil Ahmed Bajwa, Azərbaycanın BMT-dəki sabiq daimi nümayəndə müşaviri, tarixçi İlqar Məmmədov, “Vətən” Mərkəzinin və Kanada Azərbaycan Evinin rəhbəri Lalin Həsənova və Kanadadakı Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Tədbir Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Qonaqlar çıxışlarında Anım Gününün tarixi əhəmiyyətindən danışıblar. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun böyük Zəfər qazandığı 44 günlük Vətən müharibəsinin həmin gün başladığını xatırladıblar. Qəlbləri Vətənlə döyünən soydaşlarımızın dünyanın müxtəlif ölkələrində şəhidlərimizin qəhrəmanlığını və Vətən qarşısında misilsiz xidmətlərini yad etdikləri dilə gətirilib. Dünyada sülhün və əmin-amanlığın bərqərar olunmasına dair çağırışlar səsləndirilib.
Amerikalı musiqiçi, Amerika Muğam Cəmiyyətinin prezidenti Cefri Verbokun təqdimatında “Şuşa” sənədli filmi nümayiş olunub. O, həmçinin kamançada Azərbaycan muğamından nümunələr ifa edib.
Tədbirin sonunda Kanada Azərbaycan Evinin nəzdində fəaliyyət göstərən “Mənim Azərbaycanım” həftəsonu məktəbinin şagirdləri və gənclərin iştirakı ilə hazırlanan bədii kompozisiya təqdim olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 25 Sentyabr 2025 17:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















