Icma.az
close
up
RU
Torpağa insanın arzusu gəlir...

Torpağa insanın arzusu gəlir...

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yaz gəlişi ilə hər zaman torpağa can verir, insanlara sevinc bəxş edir, dünyamıza rəng qatır. Hər kəs bu fəsli özünəməxsus şəkildə qarşılayır. Torpaq da dərin yuxudan oyanır. Əkinçi torpağa toxum səpir, bağban ağaclara qulluq edir, çünki yaz zəhmətin bəhrəsini vəd edir.

Torpağın da, suyun da, heyvanların da, bitkilərin də öz dili var. Heyvandarlıqla məşğul olan təsərrüfatçı onların, əkinçilik edən insan isə torpağın sirlərinə bələd olur. Onlar gününün çoxunu əkin-biçində keçirir.

Doğru deyirlər ki, torpaq da sığal sevir. Əzizləyib, qədərincə qulluq göstərdin, səni ümidsiz qoymaz, barını əsirgəməz. İnsan kimi, onun da nazını çəkməlisən ki, barını-bəhərini də görəsən.

Kəndçinin əsas dolanışığı torpaqdır. Əgər min bir əziyyət çəksən, əlin qabar bağlasa, demək, o torpaq sənindir. Yox əgər üzərində gəzib-dolaşmaq kimi qəbul etsən, elə torpaq da sənə o cür münasibət göstərəcək.

Bir vaxtlar insanlar sovet dönəmində “əli ciblərində” gəzərdilər. Hər gün eyni vaxtda kəndin müəyyən bir yerinə yığışır, günlərini, saatlarını boş-boşuna keçirirdilər. Etdikləri lağlağı söhbətlər də kəndi dolaşardı.

Ölkəmizdə 1996-cı ildə torpaq islahatları başlamaqla bu insanların zəhmətə bağlılığı artdı. “Bu torpaq mənimdir” deyib, hər yerdə sahiblərinin əkin-biçinlə məşğul olduğuna rast gəlirdik. Bekarçılıqdan gileylənənlər sanki “qeybə” çəkildi.

Bu günlərdə yolum kəndə düşmüşdü. Ayağım doğma torpağa dəyən kimi sanki uşaqlığımın izi ilə addımlayırdım. Hər daşında, hər cığırında bir xatirəm vardı.

Uzaqdan görünən tüstülü bacalar, həyətlərdən gələn təndir çörəyinin qoxusu adamın ürəyini isidirdi. Bir vaxtlar səs-küylə dolu olan bu küçələr indi daha sakit idi. Kəsəkli yolları ilə addımlamaq isə insana qəribə hiss yaşadırdı. Amma bu səssizlik boşluq yox, düşüncə səssizliyi idi. Sanki kənd özü-özünə keçmişi xatırlayırdı: uşaqların qaçışı, anaların çağırışı, axşamçağı samovar ətrafında qurulan söhbətlər… O an anladım ki, kənd təkcə adi bir yer deyil, insanın ruhuna yazılmış bir yaddaşdır. Hara getsək də, yolumuz gec-tez ora düşür–öz kökümüzə, öz sükutumuza, öz həqiqətimizə…

Kənd həyatı şəhərin səs-küyündən uzaq, daha sakit və təbii bir mühit təqdim edir. Burada zaman sanki bir qədər ləng axır, insan isə öz daxili aləmi ilə baş-başa qalır. Kəndin yolları, həyətləri və evləri dəyişsə də, onun ruhu dəyişməz qalır. Hər tərəfdə zəhmətkeş insanların əli ilə yaradılmış sadə, lakin səmimi bir həyat görünürdü.

Havaların mülayim keçməsi də insanlarda xoş ovqat yaradırdı. Kənddə təbiət insanla daha yaxın münasibətdədir. Təmiz hava, quş səsləri, axar suların pıçıltısı insanın ruhunu dincəldirdi. Burada hər ağac, hər daş sanki keçmişdən bir iz daşıyır.

Kənd həm də mənəvi dəyərlərin qorunduğu bir məkandır. Böyüyə hörmət, qonşuluq münasibətləri, paylaşma mədəniyyəti burada hələ də yaşayır. İnsanlar bir-birinin halını soruşur, get-gəliş edir, çətin gündə bir-birinə dayaq olur. Bu münasibətlər o vaxtlar üçün cəmiyyətin sağlam təməlini təşkil edirdi.

Günortadır. Qonşumuz Əvəzi torpağı yaz əkininə hazırladığını görüb onunla hal-əhval tuturam. Kəndimizdə hamının zəhmətkeş insan kimi tanıdığı Əvəzin könlün istəyən baxımlı bağı var. Özünün dediyinə görə, uzun illər 95 sotluq torpağı bağ halına salmaq üçün əziyyət çəkib, gecəsi-gündüzü olmayıb. İndi isə rahat bir ömür sürür. Necə deyərlər, heç nəyin “dərd”ini, fikrini çəkmir. Mövsümlərdə satdığı mer-meyvənin gəlirini geninə-boluna sərf edir. Övladlarının ev-eşik sahibi olmasının əsas səbəbi də məhz vaxtilə qurduğu təsərrüfatdır. Alıcı sarıdan da “korluq” çəkmir.

Uzun illər Əvəz Rusiyada fəhlə kimi çalışıb. Zəhmət ilə dolanıb. Yaşa dolduqca, birdəfəlik kəndə nə vaxtsa dönəcəyi haqqında fikirləşib. Qazancı ilə meyvə bağı salıb, yeni növ subtropik ağaclar əkib. 45 baş qoyun-quzu alıb. İndi təsərrüfatında yüzlərlə xırdabuynuzlu heyvanı var.

Əvəzin özünün dilindən eşidək:

– Hamı kimi mən də hər il ölkə sərhədindən kənara üz tuturdum. Qazancımız da pis deyildi. Bir gün qrup halında işlədiyimiz yoldaşlarla bu barədə söhbət etdik. Daha kəndə qayıtmağın vaxtıdır. Mən təsərrüfat quracağım haqqında gecə-gündüz düşünürdüm. Nəhayət, kəndə dönüb özümü sınamaq üçün qışın olan çağında istixana qurdum. Göy-göyərti, pomidor-xiyar yetişdirdim.

Deyəsən yanılmamışdım. Çox keçmədi ki, şadlıq evlərindən, kənddə xeyir-şər edənlərdən, bazar-dükanlardan sifarişlər aldım. Heç bir ay keçməmiş alıcı növbələri yarandı. Məcbur olub, həm müştərini itirməyim, həm də heç kimi narazı salmayım deyə, alıcıları günlərə böldüm. Yadıma gəlmir ki, mən nə vaxtsa bazar-dükandan mer-meyvə, göy-göyərti, ağartı məhsulları, kartof, soğan, kələm, badımcan, lobya və digər məhsulları alım. Ailəmizi təmin edəcək qədər əkib–becərirəm. Dərmansız-filansız. Bir sözlə, orqanik məhsullar. Dadından da doymaq olmur. Narı, heyvanı payız aylarından saxlanma qaydalarına uyğun olaraq bütün qış boyu istifadə edirik, ta ki, aprel ayına qədər.

Bu vaxt nəvə Yusif babasını səsləyir: Quzuların yemlənmə vaxtıdır. Hiss edirəm ki, baba nəvəsini zəhmətə alışdırır. Özündən sonra təsərrüfatı idarə etmək üçün qayda-qanunu aşılayır. Heyvanların saxlanma yerləri tam fərqlidir. Ana heyvanlar da, nisbətən zəiflər və körpə südəmər quzular ayrıca saxlanılır. Hiss olunur ki, anaları ilə görüşü səbirsizliklə gözləyirlər. Nəhayət, körpə quzuların analarına qovuşması ilə səslərinin kəsilməsi bir olur. Təkcə bir quzu sakitcə küncə sıxılıb Yusifi gözləyir. Yusif deyir ki, bu quzunun anası iki həftədir ki, tələf olub. Hər gün ona inək südü içizdirirəm. Sonra da isti odun peçinin yanında tumarlayıram.

Söhbətin başqa məcraya yönəldiyini görən Əvəz davam edir:

– İnanın ki, bircə saat harasa gedəndə fikrim-zikrim bağda qalır. Elə təsəvvür edirəm bağ-bağat yolumu gözləyir. Mən torpaqla nəfəs alıram. Övladlarım-nəvələrim qədər əzizləyirəm. Hər ağacın öz gözəlliyi, hər meyvənin də öz ətri var. Sübh tezdən yuxudan ayılan kimi, üzümü bağa tutub, “sabahın xeyir” bərəkətli bağım, – deyə söyləyirəm.

Bir gün torpağa baş əyməyəndə, yəni torpaqla çalışmayanda, özümü narahat hiss edirəm. Yuxuma da mənfi təsirini göstərir. Elə ki, torpaq məni yorur, onda günüm, yuxum da mənalı keçir. İndi yaxşı məhsulun varsa, səni müştəri özü arayıb-axtarır, tapır. Dövlətimiz bu gün sahibkara, kəndçiyə hər bir şərait yaradıb. Bircə qalıb əziyyətə qatlaşmaq, əkib–becərmək. Zaman, dövr belə tələb edir. İndiki zamanda hamı işlə təmin oluna bilmir. Amma kənddə elə bir insan yoxdur ki, torpağı olmasın. Hətta mənim kənddən bir az kənarda da torpaq sahəm var ki, orada da yonca, taxıl əkirəm. Un almaqdan da azadam. Kənd dəyirmanında üyüdülən taxılın çörəyinin başqa bir dadı, ətri var. Elə bilirsən mənim fəaliyyətim təkcə bağ-bağatla bitir? Onlarla iribuynuzlu heyvan da saxlayıram. Körpə vaxtlarından alıb, kökəldib ya diri çəkidə, ya da ki, ət halında satıram.

Uzun illər hamı həyətində toy-büsat edirdi. İndi bu adət-ənənə itib. Hamı şadlıq saraylarına üz tutur. Ona görə də ətə böyük tələbat var. İşimi elə qurmuşam ki, hər ay bir-iki iribuynuzlu heyvan satıram. Sizcə, mənim nədən çətinliyim ola bilər.

Əvəz, həmçinin kənd əhlindən gileylidir. Necə ola bilər ki, kənddə yaşayasan zəhmətə qatılmayasan. Bir də görürsən ki, qonum-qonşu bazardan göy-göyərti, yumurta, toyuq-cücə alır. Düşünürəm ki, bu adamların şəhərdə yaşayanlardan nə fərqi var.

Bir neçə aydan sonra Əvəzin yetişdirdiyi məhsullar bazar-dükanları bəziyəcək. Elə bu məhsulların müştərisi olmaq arzusu ilə yazımıza nöqtə qoyuruq.

Müşfiq MİRZƏ
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Mart 2026 01:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqası: Sabah Orhus a qarşı Oyun başladı CANLI YAYIM

05 Avqust 2026 21:19see420

Bakteriyanın ən sürətlə çoxaldığı yemək bəlli oldu: Nə toyuq, nə də yumurta

06 Avqust 2026 04:04see391

İrəvanın Qərbə meyllənməsi iqtisadiyyata zərbə vurur Açıqlama

06 Avqust 2026 20:05see328

Gəncə icra hakimiyyətinə yeni texnikalar alınıb

05 Avqust 2026 16:59see322

Bakı metrosunda avqustun 15 dən yeni mərhələ BAŞLAYIR

05 Avqust 2026 19:27see319

Ağdam Sənaye Parkına 177 milyon manatdan çox yatırım qoyulub

06 Avqust 2026 00:07see297

19FortyFive: Moskvaya uçan dronlar...

05 Avqust 2026 18:49see283

Azərbaycana hər məhsulu gətirmək mümkün olmayacaq Yeni QAYDALAR

07 Avqust 2026 00:37see253

Azərbaycanın yaşıl gələcəyinin qlobal önəmi

05 Avqust 2026 12:12see247

Müşfiqabadda qalmaqal: Sərxoş halda qəbiristanlığa gəlib insanları söydü

05 Avqust 2026 14:00see227

ABŞ nin Səudiyyə Ərəbistanından neft idxalı sıfıra enib

07 Avqust 2026 00:21see211

Ceki Çanla görüşmək üçün özlərini maşının önünə atdılar Video

05 Avqust 2026 21:14see201

Donuz zənn edib atəş açdı, atasını öldürdü

07 Avqust 2026 03:09see197

Çempionlar Liqası: “Orhus“ “Sabah“ matçı başladı YENİLƏNİR

05 Avqust 2026 21:12see196

Real Madrid Vinisius Junior ilə müqaviləni uzadıb

07 Avqust 2026 02:09see183

Avropanın 80 dək səhiyyə təşkilatı Aİ ni əhalinin istidən qorunması üçün tədbirlər görməyə çağırıb

06 Avqust 2026 21:40see181

Ermənistana səfərlər rusiyalılar üçün təhlükəli ola bilər Matviyenko

07 Avqust 2026 02:00see175

UEFA nın vitse prezidenti: “Bizə İnfantinoya qarşı namizəd lazımdır”

06 Avqust 2026 00:52see174

Qurban Qurbanov: “Hava həddindən artıq isti idi...”

07 Avqust 2026 00:31see172

Ağstafada mağaza sahibi müştərini bıçaqladı

06 Avqust 2026 00:39see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri