Icma.az
close
up
RU
Torpağın altında gizlənən ölüm: 4 aprel bizə nəyi xatırladır?

Torpağın altında gizlənən ölüm: 4 aprel bizə nəyi xatırladır?

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Aprelin 4-ü adi gün deyil. Bu, bəşəriyyətin özü-özünə yaratdığı ən qəddar tələlərdən birinə, minalara qarşı qlobal etiraz günüdür. BMT-nin 2005-ci ildə təsis etdiyi Beynəlxalq Mina Xəbərdarlığı günü bu gün dünyada milyonlarla insanın addım atmağa qorxduğu torpaqların səssiz fəryadını çatdırır. Lakin Azərbaycan üçün bu mövzu statistik rəqəmlərdən və beynəlxalq konfrans sənədlərindən daha dərindir. Bizim üçün mina hələ də qanayan yara, qayıdış yolunda dayanan "görünməz düşmən" və hər an partlaya biləcək humanitar faciədir.
Qarabağ və Şərqi Zəngəzur otuz illik işğal dövründə Ermənistan tərəfindən sanki "ölüm laboratoriyasına" çevrilib. İlkin hesablamalar dəhşətlidir. Bir milyondan çox mina! Bu rəqəm sadəcə metal parçalarını yox, minlərlə yarımçıq qalmış həyatı, şikəst olmuş taleləri ifadə edir. Azərbaycan bu gün dünyanın minalarla ən çox çirklənmiş ölkələri siyahısında ön sıralardadır.
Ermənistanın basdırdığı minalar təkcə hərbi məqsəd daşımayıb. Əgər belə olsaydı, biz minaları yalnız keçmiş təmas xəttində görərdik. Amma reallıq fərqlidir. Məzarlıqlar, əkin sahələri, meyvə bağları, hətta insanların doğma evlərinin astanası belə minalanıb. Bu, artıq müharibə deyil, mülki əhaliyə qarşı yönəlmiş sistemli terror və intiqam siyasətidir. İnsanların doğma qəbirlərini ziyarət edərkən partlayış qurbanı olması hansı beynəlxalq hüquq normalarına sığır?
2020-ci ilin noyabrından bəri keçən müddət ərzində ANAMA və digər aidiyyəti qurumlar sanki hər qarış torpaq üçün döyüşürlər. Baxın, 2026-cı ilin aprelinə qədər olan mənzərəyə nəzər salaq:
261 min hektardan çox ərazi təmizlənib.
246 mindən çox mina və sursat zərərsizləşdirilib.
421 nəfər mina qurbanı olub, onlardan 72-si həyatını itirib.
Bu rəqəmlər göstərir ki, müharibə bitsə də, onun gətirdiyi ölüm hələ də pusquda dayanıb. Xüsusilə 1991-ci ildən bəri 3500-dən çox insanın mina qurbanı olması, onlar arasında 362 uşaq və gəncin, 38 qadının olması bu problemin nə dərəcədə böyük sosial-psixoloji travma yaratdığının sübutudur.
Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı həqiqət var: minalar təmizlənmədən heç bir inkişafdan, bərpadan söhbət gedə bilməz. Biz bu gün Qarabağda "ağıllı kəndlər" qururuq, yollar çəkirik, hava limanları tikirik. Amma bütün bu nəhəng işlərin təməlində ANAMA-nın istehkamçılarının, o adsız qəhrəmanların hər gün həyatlarını riskə ataraq etdiyi fədakarlıq dayanır.
Mina təhlükəsi həm də böyük bir sosial-iqtisadi maneədir. Kənd təsərrüfatı potensialı olan minlərlə hektar torpaq hələ də istifadəsiz qalıb. Çünki fermer ora girməyə qorxur, traktorçu tarlasını şumlaya bilmir. Bu, həm də regionun iqtisadi dirçəlişinin ləngiməsi deməkdir.
Minatəmizləmə bahalı və çətin prosesdir. Azərbaycan bu yükün böyük hissəsini çiyinlərində daşıyır. Düzdür, Türkiyə, Böyük Britaniya, Avropa İttifaqı, ABŞ, Yaponiya və digər ölkələrin, həmçinin BMT agentliklərinin bu prosesdə müəyyən töhfələri var. Amma bu dəstək problemin miqyası ilə müqayisədə kifayət qədər deyil.
Mina problemi qlobal məsələlərdən biridir və beynəlxalq ictimaiyyət Ermənistana mina xəritələrinin tam və dəqiq təhvil verilməsi üçün təzyiqləri artırmalıdır. Texnoloji dəstək, süni intellekt əsaslı minatəmizləmə avadanlıqları və maliyyə yardımı sadəcə humanitar jest deyil, bu torpaqlarda sülhün və dayanıqlı inkişafın təmin olunması üçün zərurətdir.
Biz azərbaycanlılar səbirli xalqıq. Otuz il gözlədik, yenə də gözləyərik. Amma heç bir vətəndaşımızın həyatı o metal parçalarından ucuz deyil. Minalardan təmizlənmiş hər bir kvadratmetr torpaq qayıdışa açılan qapıdır. 4 aprel bizə bir daha xatırladır ki, bu problem həll olunmayana qədər tam sülhdən və təhlükəsizlikdən danışmaq tezdir.
Torpaqlarımızı minalardan təmizləyəcəyik, o yerləri yenidən cənnətə çevirəcəyik, amma bu yolda itirdiyimiz canları heç vaxt unutmayacağıq.
İslam
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 04 Aprel 2026 21:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri