Icma.az
close
up
RU
Torpağına kupça ala bilməyənlərə VACİB XƏBƏR

Torpağına kupça ala bilməyənlərə VACİB XƏBƏR

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda xüsusilə neft və sənaye zonalarına yaxın ərazilərdə yaşayan minlərlə vətəndaşın qarşılaşdığı əsas problemlərdən biri torpaq sahələrinə çıxarış ala bilməməkdir. Uzun illərdir istifadə olunan bəzi torpaq sahələri və fərdi yaşayış evləri olsa da, bir çox hallarda həmin əmlaklar rəsmiləşdirilmədiyi üçün vətəndaşlar hüquqi çətinliklərlə üzləşirlər.

"Yeni Sabah" xəbər verir ki, mövzu ilə bağlı Oxu24.com saytına açıqlama verən hüquqşünas  Adil Piriyev bildirib ki, müəyyən şərtlər daxilində neft ərazilərində yerləşən torpaq sahələrinə "kupça", yəni çıxarış  almaq mümkündür.

Hüquqşünasın  sözlərinə görə, burada əsas məsələ torpaq sahəsinin mühafizə və təhlükəsizlik zonalarının tələblərinə uyğun olub-olmamasıdır. Sezar pizza

Adil Piriyev qeyd edib ki, əgər torpaq sahəsi təhlükəsizlik məsafələrinə uyğun yerləşirsə, məhkəmə qaydasında həmin əmlakın rəsmiləşdirilməsi mümkündür:

“Əgər torpaq sahəsi qaz xəttləri, neft quyuları, fontan və digər texniki obyektlərlə bağlı müəyyən edilmiş təhlükəsizlik məsafələrinə uyğundursa, vətəndaş məhkəmənin müsbət qərarı əsasında çıxarış ala bilər”.

Hüquqşünas  bildirib ki, qanunvericiliyə əsasən müəyyən məsafə tələbləri mövcuddur. Belə ki, qaz, lift, fontan və aktiv quyularla torpaq sahəsi arasında minimum 300 metr məsafə olmalıdır.

Pasiv və ya işləməyən quyularla torpaq sahəsi arasında isə ən azı 150 metr məsafə nəzərdə tutulur. Ləğv edilmiş quyular üçün bu məsafə 75 metr təşkil edir.

Hüquqşünasın sözlərinə görə, vətəndaşlar ilk növbədə aidiyyəti dövlət qurumlarına müraciət etməli və rəsmi imtina cavabı almalıdırlar:

“Bir çox hallarda vətəndaşlar birbaşa məhkəməyə müraciət edir. Halbuki əvvəlcə aidiyyəti qurumlara müraciət olunmalı, həmin torpaq sahəsinin rəsmiləşdirilməsi ilə bağlı rəsmi cavab və ya imtina məktubu alınmalıdır”.

Adil Piriyev qeyd edib ki, bundan sonra inzibati məhkəməyə müraciət edilir və proses hüquqi sənədlər əsasında davam etdirilir.

Onun sözlərinə görə, məhkəmə prosesində torpaq sahəsinin vəziyyəti, yerləşdiyi ərazi, texniki təhlükəsizlik tələbləri və faktiki istifadə vəziyyəti araşdırılır:

“Məhkəmə zamanı xüsusi sənədləşmə işləri aparılır, kadastr və texniki sənədlər hazırlanır, əraziyə baxış keçirilir. Bütün bu prosedurlar düzgün şəkildə icra olunarsa, vətəndaşın çıxarış alma şansı yüksəlir”.

Hüquqşünas  vurğulayıb ki, müsbət məhkəmə qərarından sonra vətəndaşlara çıxarış, texniki pasport və qiymətləndirmə sənədləri təqdim edilə bilər.

Adil Piriyev əlavə edib ki, son illərdə bu kateqoriyadan olan müraciətlərin sayı artıb:

“Xüsusilə Bakı və Abşeron ərazisində neft sahələrinə yaxın yaşayış massivlərində yaşayan vətəndaşlar bu problemlə tez-tez qarşılaşırlar. İnsanlar illərlə istifadə etdikləri torpaq sahələrini rəsmiləşdirmək istəyirlər”.

Hüquqşünas vətəndaşlara sənədləşmə prosesinə ciddi yanaşmağı və hüquqi prosedurları peşəkar şəkildə aparmağı tövsiyə edib:

“Əgər torpaq sahəsinin yerləşdiyi ərazi təhlükəsizlik normalarına uyğundursa, hüquqi yollarla çıxarış almaq mümkündür. Sadəcə proses düzgün aparılmalı və bütün sənədlər qanunvericiliyin tələblərinə uyğun hazırlanmalıdır”.

Hüquqşünas  sonda bildirib ki, belə hallarda vətəndaşların hüquqi yardım alması gələcək problemlərin qarşısını almaq baxımından olduqca vacibdir.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 22 May 2026 21:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see506

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see357

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see297

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see293

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see281

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see263

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see240

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see234

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see229

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see222

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see219

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see217

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see213

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see212

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see208

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see197

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see188

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see180

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri