Qax sakini torpağına çıxarış ala bilmir VİDEO
Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
AZXEBER.COM-un Xezerxeber.az-a istinadən məlumatına görə, vətəndaşın təqdim etdiyi sənədlərə əsasən, torpaq sahəsi ilə bağlı arxiv çıxarışları, islahat komissiyasının qərarı və bələdiyyə arayışları mövcuddur.
Sənədlərdə göstərilir ki, sözügedən torpaq sahəsi ailəyə islahat dövründə ayrılıb və həmin vaxtdan torpaq vergisi də mütəmadi olaraq ödənilir. Amma sənədləşmə zamanı məlum olub ki, torpaq başqa şəxsin adınadır.
İddiaya görə, məhkəmə qərarı ilə digər vətəndaşın dövlət aktı ləğv edilsə də, Daşınmaz Əmlakın Dövlət Reyestrində həmin qeydiyyat hələ də qalır. Nəticədə torpaq sahəsi sistemdə başqa şəxsin adına göründüyü üçün çıxarışın verilməsi mümkün olmur.Məsələ ilə bağlı "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsdən "Xəzər Xəbər”ə bildirilib ki, müraciətdə qeyd olunan uyğunsuzluqlar artıq aradan qaldırılıb və bu barədə vətəndaşa məlumat verilib. Odur ki, torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması üçün vətəndaş hüquqmüəyyənedici sənədlərlə Şəki Ərazi idarəsinə müraciət etməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 15 İyul 2026 01:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















