Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

Torpaq eroziyası nədir? Torpaq eroziyasının səbəbləri nələrdir? Torpaq eroziyasını necə önləmək olar?

Torpaq eroziyası nədir? Torpaq eroziyasının səbəbləri nələrdir? Torpaq eroziyasını necə önləmək olar?

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

“İnsanlar torpaq eroziyalarının bir çox hallarda antropogen amillərdən qaynaqlandığını bilməli, hər bir insan özündən asılı olan dərəcədə bunun qarşısını almağa çalışmalıdır. Çünki torpaq eroziyaları həm də, bir növ torpaq itkisi deməkdir. Torpağın istifadəsiz qalması, yəni torpaq eroziyası torpağın istifadəyə yararsız hala gəlməsi ilə nəticələnən bir prosesdir. İstifadəyə yararsız bir torpağın mövcud olub-olmaması o qədər də əhəmiyyətli deyil. Yəni torpaq o vaxt qiymətlidir ki, istifadəyə yararlıdır”.

Bizimyol.info xəbər portalına danışan ekoloq Cəmşid Quliyev bildirib ki, bizim torpaqların 36,4 faizi müxtəlif dərəcədə eroziyaya məruz qalıb, onlardan 14, 1 faizi zəif, 10,7 faizi orta səviyyədə, 11,6 faizi də şiddətli halda eroziyaya məruz qalıb.

Cəmşid Quliyev

“Münbitliyini itirən erroziyaya məruz qalmış torpaqların bölgələr üzrə paylanması statistikasına da diqqət etmək lazımdır. Məsələn, Mil Qarabağ düzlərində münbit torpaqların 30,8 faizi artıq istifadəyə yararsız haldadır. Quba-Xaçmaz tərəfdə 48,2 faiz torpaq erroziyaya məruz qalıb. Abşeron yarımadasında 40,2 faiz, Şirvanda 27,7 faiz, Şəki, Zaqatalada 55,10 faiz torpaq eroziyaya uğrayıb. Məsələn; minalarla, çirkləndirilmiş ərazilərin statistikasını da əlavə etsək, ölkədə, bu rəqəmlərin daha yüksək olduğunu görə bilərik”-deyə ekoloq qeyd edib.

Cəmşid Quliyev bildirib ki, erroziyaların müxtəlif səbəblər var. Ekoloqun fikrincə, müxtəlif amillər var ki, onlar eroziyalara gətirib çıxarır və bunlardan biri su eroziyalarıdır.

“Xüsusilə, dağlıq ərazilərdə Böyük Qafqazın cənub və şimal şərq yamaclarında meşə örtüyünün zəif olması ilə əlaqəlidir. Yağıntı zamanı meşə örtüyünün zəif olması, ümumiyyətlə bitki örtüyünün zəifliyi yağıntı sularının sellərlə nəticələnməsinə gətirib çıxarır və sellər isə torpağı daha da yuyaraq onun üstünün münbit qatını ya bütünlüklə yuyub aparır, ya da onu zəiflədir”-deyən ekoloq vurğulayıb ki, digər səbəb antropogen təsirdir və bura xüsusilə intensiv otarılmanı aid etmək olar.

Cəmşid Quliyev qeyd edib ki, belə ki, heyvandarlıqla məşğul olan rayonlarda, heyvandarlığın inkişaf etmiş olduğu rayonlarda, xüsusilə dağlıq, dağətəyi yerlərdə heyvanlarla daha çox normadan artıq yüklənmiş otlaq əraziləri ev heyvanlarının dırnaqlarında didilir və bitkinin kökü çöldə qalır: “Quraqlıq dövrlərdə bu proses xüsusilə daha sürətli gedir. Beləliklə torpaq sudan məhrum olur, quruyur və bitki örtüyü bütünlüklə məhv olur. Bundan sonra növbəti mərhələdə yağışlar, yəni kəndlinin həsrətlə gözlədiyi yağışlar, torpağı suvarıb ot bitirmək əvəzinə həmin didilmiş torpaqları yuyaraq bitkini bəzən bir çox hallarda qurumuş kökü ilə bir yerdə torpağı yuyub aparır.

Beləliklə torpaq eroziyaları geriyə dönməz bir mərhələyə daxil olur. Ona görə kənd təsərrüfatı ilə məşğul olan insanların bunu bilməsi o qədər də effektli deyil. Amma otlaqların bölünməsi siyasətini idarə edən qurumlar nəzərə almalıdırlar”.

Cəmşid Quliyev vurğulayıb ki, hansı ərazidə nə qədər heyvanın olması torpaq örtüyünün münbitliyinin qorunması baxımından vacib olduğuna görə bu, xüsusilə nəzarətdə saxlanılmalı olan bir məsələdir. Ekoloq təəssüflə bildirib ki, bəzən buna cavabdeh olan şəxslər bu məsələnin onlardan asılı olduğunun fərqində olmurlar, heç bir nəzarət funksiyası hiss olunmur.

Cəmşid Quliyev bildirib ki, torpaq eroziyalarının daha bir səbəbi külək erroziyalarıdır: “Belə ki, küləklərin güclü olması səbəbindən bəzən torpağın üst qatını güclü küləklər götürüb aparır. Torpağın münbit hissəsi külək tərəfin sovrulduğu üçün bu torpaqlar təsərrüfat üçün, ümumiyyətlə bitki örtüyü üçün yararsız bir hala gəlir. Belə zonalar Abşeron, Qobustan, Mil- Muğan düzlərində sərhəd -sahil zonalarında daha çox rast gəlinir. Belə torpaq eroziyasının bu səbəbdən baş verdiyi ərazilərə, beləliklə, küləyin, torpağın üst qatını aparması nəticəsində məhsuldarlığın azalması və bəzən torpağın tamamilə sıradan çıxması müşahidə olunur. Bizim ölkədə külək eroziyasına məruz qalan torpaq sahələri təqribən 200000 hektar təşkil edir”.

Ekoloq əlavə edib ki, daha bir səbəb irriqasiya eroziyasıdır, aşağı səviyyədə suvarma mədəniyyəti, torpağa normadan artıq su verilməsi və selləmə üsulu suvarılması torpağın nazik hissəciklərinin yuyulmasına və münbitliyinin azalmasına gətirib çıxarır: “Bu problem daha çox olan yəni yavaş ərazilərdə xüsusilə gözə çarpır, daha çox müşahidə olunur”.

Cəmşid Quliyev qeyd edib ki, yay otlaqlarında sürülərin nəzarətsiz otarılması nəticəsində vegitasiya zədələnir, torpaq strukturunda dəyişikliklər yaranır və bu, xüsusilə dağlıq rayonlarda özünü göstərir: “Quba, Gədəbəy, Daşkəsən, Şəki və digər rayonlarda yay otlaqlarının 80-91 faiz eroziyaya məruz qalıb. Statistikaya görə məhsuldarlıq 1,5 mənfi üç dəfə aşağı düşüb. İndi işğaldan azad olunmuş ərazilərə insanların köç etməsi, yay mövsümündə, xüsusilə qoyunçuluq təsərrüfatlarının dağlıq ərazilərə aparılması bu ərazilərdə də artıq bu problemi aktual edə bilər.

Xatırlayıram, hələ işğaldan əvvəlki dövrlərdə sovet dönəmində Kəlbəcərin Sarıyer yaylağında sürülərin qoyun sürülərinin yay otlaqlarına aparılması zamanı Sarıyerin Alp çəmənlikləri bu eroziyadan çox əziyyət çəkirdi və bir çox ərazilər qoyunun dırnağında tamamilə didilərək, torpağın üst qatı məhv edilmişdi və torpaq bitki örtüyündən məhrum olmuşdu. Və bunu o vaxt kəlbəcərli ziyalılar, mətbuatda işıqlandırdılar. Amma təəssüf ki, bunun qarşısını almaq üçün heç bir tədbir görülmürdü.

Bunun qarşısını almaq üçün tövsiyələr nə ola bilər? Yaşıllıq zolaqları yaradılmalıdır. Dağətəyi, dağlıq dağ ətəyi yerlərdə hər 200- 150 aralığında bitki zolaqları, qaratikan, göyəm, yemişan və s. salmaq, külək və su eroziyasının qarşısını alır və bioloji müxtəlifliyini artıra bilər. artırmaq olar. Bu üsulla torpaq, su, qoruyucu aqrotexniki metodlar, məsələn, konturla suvarma, pilləli şum, terraslar, torpaq qatlarının çeşidlənmədən şumlama və qoruyucu növbəli əkin sistem qabaqlayıcı tədbirlər kimi çox əhəmiyyətlidir.

İsmayıllı rayonunda biomühəndislik metodları, terraslar, şam ağaçlandırma, otlaq bərpası kimi həm eroziyanı azaltmaq, həm də yerli icmalara alternativ gəlir imkanları vermək üçün arıçılıq, bal, istehsal, ot kimi kimi məsələlərdə yardımçı tədbirlər kimi uğurla tətbiq olunub.

Qorunan ərazilər və təbii vegetasiya, eroziyaların qarşısını almaq üçün çox əhəmiyyətlidir. Meşələrin subalp və alp çəmənliklərinin qorunması eroziyanın təbii olaraq zəifləməsinə səbəb olur. Məsələn; Zaqatala qoruğu kimi yerlərdə bu proses daha zəif müşahidə olunur və bu da onu göstərir ki, əraziləri ərazilərin qorunması, eroziyanın qarşısını almaq üçün yeni qabaqlayıcı tədbir sayıla bilər. Məsələn, heyvanlarla daha çox yüklənmiş əraziləri nəzarətdə saxlamaqdan əlavə bir çox əraziləri qoruq əraziləri elan edərək ki, ora ümumiyyətlə təsərrüfatlara buraxmamaq olar. Beləliklə, eroziyaların qarşısını almaq asanlaşar”.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.17. ekologiya və ətraf mühitin mühafizəsi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 12 Avqust 2025 23:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see283

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see278

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see250

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see239

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see217

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see206

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see183

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see163

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see160

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see154

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see146

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see144

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see143

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see143

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see142

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see139

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see138

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see135

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see131

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

26 Dekabr 2025 16:14see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri