Icma.az
close
up
RU
Torpaqları Rusiya işğalına məruz qalan Gürcüstan Avropa ilə münasibətlərində ehtiyatlı davranır

Torpaqları Rusiya işğalına məruz qalan Gürcüstan Avropa ilə münasibətlərində ehtiyatlı davranır

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Gürcüstanın baş naziri İrakli Kobaxidze Avropa İttifaqında mövcud problemlərə baxmayaraq, avrointeqrasiyanın ölkənin strateji məqsədi olaraq qaldığını bildirib. Kobaxidze qeyd edib ki, Aİ daxilində demokratiya, insan haqları, söz və media azadlığı kimi əsas dəyərlər tədricən dəyərsizləşir. Baş nazirin fikrincə, bu mənfi tendensiya hazırda da davam edir və ciddi narahatlıq doğurur. Buna baxmayaraq, Gürcüstan Avropa ilə inteqrasiya kursundan geri çəkilmək niyyətində deyil.

Politoloq Samir Hümbətov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, son 10 ildir, bəlkə də İvanişvili hakimiyyətə gəldiyi müddətdən sonra Gürcüstan, baxmayaraq ki, ərazilər Rusiya tərəfindən işğal olunub, amma Rusiyaya qarşı əks mövqedə deyil.

Samir Hümbətov

“Post-Saakaşvili dövründən başlayaraq Gürcüstanın Rusiya ilə bağlı məsələsi tamam fərqlidir. Yəni düzdür, “altılıq” platformaya qoşulmadı. Bildirildi ki, ərazilər Rusiya tərəfindən işğal altındadır.

Amma bununla paralel olaraq, Rusiyaya zərbə vuracaq, Rusiyaya tərs olacaq hər hansı bir hərəkət etmir. Hətta NATO və Avropa İttifaqı ilə münasibətlər də Rusiyanın maraqlarına zərbə vurmadan həyata keçirilir.

Burada ABŞ məsələsi deyil. ABŞ ilə  münasibətlərdə öz mövqeyini aşağı-yuxarı qoruyub saxlayır. Amma çox da dərinə getmir. ABŞ-nin əsas istəyi Azərbaycan və Ermənistanla münasibətləri yüksək səviyyədə saxlamaqdır”-deyən politoloq hesab edir ki, indiki halda biz Gürcüstanın bu hərəkətini bəlkə də Rusiyanın təzyiqlərinə, Rusiya ilə münasibətlərin pozulmasından ehtiyat edərək atıla bilən addım kimi düşünə bilərik.

Politoloqun fikrincə, Gürcüstandakı mövcud vəziyyəti Avropa İttifaqı qəbul etmək istəmir: “Avropa İttifaqı istəyir ki, Gürcüstanı öz istiqamətinə döndərsin. Bu da hələ ki, mümkün deyil. Çünki indiki hökumət buna imkan vermir. İndiki Kobaxidze hökümətinin atdığı addımlar Avropa İttifaqının "Gürcüstan siyasəti"nin əksinədir. Yəni Avropa İttifaqı istədiyi Gürcüstanı görə bilir. Gürcüstanda vəziyyət bir az fərqlidir və burada daha çox Rusiyanın maraqlarının olduğu hiss olunmaqdadır”.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 10 Fevral 2026 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri