Icma.az
close
up
RU
Torpaqların birləşdirilməsi üzrə pilot layihələr

Torpaqların birləşdirilməsi üzrə pilot layihələr

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Azərbaycanda torpaqların konsolidasiyasına cənub bölgəsində daha çox ehtiyac duyulur. Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib. Nazirliyin torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firidin Tağıyev bildirib ki, buna səbəb cənub bölgəsində torpaq sahələrinin daha çox parçalanması və kiçik ölçülü torpaq sahələrinin üstünlük təşkil etməsidir.

Şöbə müdirinin sözlərinə görə, əslində, torpaqların konsolidasiyası torpaq islahatı prosesindən sonra mütləq şəkildə tətbiq edilməli bir prosedurdur. 30 il öncə ölkəmizdə torpaq islahatına başlandığını xatırladan F.Tağıyev deyib ki, hazırda torpaqların konsolidasiyasının tətbiq edilməsi vacib prosesdir.

Məlum olduğu kimi, ölkə Prezidentinin 2026-cı il 25 may tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın prioritet istiqamətlərindən biri də torpaqların konsolidasiyası mexanizminin yaradılması və pilot layihə olaraq tətbiq edilməsi ilə bağlıdır.

Qeyd edək ki, torpaqların konsolidasiyası pərakəndə, xırda və bir-birindən ayrı yerləşən torpaq sahələrinin birləşdirilməsi prosesidir. Bu proses mülkiyyətçilər üçün daha iri, əlverişli və bütöv sahələrin yaradılmasını təmin edir. Torpaqların konsolidasiyasının əsas məqsədi isə kənd təsərrüfatı işlərini asanlaşdırmaq və məhsul istehsalını artırmaq, texnikanın hərəkətini və vaxt itkisini minimuma endirməklə xərcləri azaltmaq, lazımi infrastruktur yaratmaqla suvarma və yollardan səmərəli istifadəni təşkil etməkdən ibarətdir. Prosesin tətbiqi təsərrüfatların idarə olunmasını asanlaşdırır ki, bu zaman sahələrə qulluq etmək daha rahat olur. Bununla yanaşı, fermerlərin qazancı və torpağın dəyəri xeyli yüksəlir. Son nəticədə isə, kənd yerlərinin ümumi iqtisadiyyatı güclənir.

“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsinə dair Tədbirlər Planında ölkəmizdə torpaqların konsolidasiyası mexanizminin yaradılması və pilot layihə olaraq tətbiq edilməsi çərçivəsində Qəbələ və Salyan rayonları üzrə 20 min hektar sahədə torpaqların birləşdirilməsi və təsərrüfatdaxili suvarma şəbəkəsinin qurulması işlərinin görülməsi, kadastr xəritələrinin yenilənməsi, su resurslarından istifadənin effektiv idarə olunması ilə bağlı yeni pilot modelin tətbiq edilməsi nəzərdə tutulur. Hər iki layihənin isə Dünya Bankı ilə birgə həyata keçirilməsi planlaşdırılır.

Pilot layihələrin həyata keçirilməsində Türkiyə təcrübəsinin öyrənilməsi və bu sahədə əməkdaşlığın genişləndirilməsi məqsədilə bir qədər əvvəl qardaş ölkənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Su İşləri İdarəsinin nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdə olub. Səfər çərçivəsində Türkiyə nümayəndə heyəti nazirliyin mütəxəssisləri ilə birlikdə Qəbələ və Salyan rayonlarında pilot layihələrin həyata keçiriləcəyi ərazilərə baxış keçiriblər.

Ərazidə aparılan müşahidələr zamanı torpaq sahələrinin mövcud vəziyyəti, suvarma infrastrukturu və yerli şərait qiymətləndirilib. Həmçinin yerli icra hakimiyyətlərinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb.

Sahələrdə aparılan ilkin təhlillər nəticəsində Qəbələ və Salyanda müəyyən edilmiş ərazilərin Azərbaycanda ilk dəfə həyata keçiriləcək torpaq konsolidasiyası layihələrinin icrası üçün əlverişli olduğu qeyd edilib. Türkiyə təcrübəsi əsasında layihələrin həyata keçirilməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri ilə birgə ilkin yol xəritəsi hazırlanaraq müzakirə olunub.

Həyata keçirilən əməkdaşlıq torpaqların konsolidasiyası sahəsində beynəlxalq təcrübənin ölkəmizdə tətbiqinə, pilot layihələrin uğurla icrasına, eləcə də Azərbaycan və Türkiyə arasında aqrar sahədə tərəfdaşlığın daha da genişləndirilməsinə xidmət edəcək. Konsolidasiya həyata keçirilən kəndlərdə fermerlərin parçalanmış torpaqları birləşdiriləcək, yol infrastrukturu yaradılacaq, zəruri yerlərdə drenaj sistemləri qurulacaq. Bu isə fermerlərin istehsal xərclərinin azalmasına və təsərrüfat fəaliyyətinin daha səmərəli təşkilinə imkan yaradacaq.

Eyni zamanda, Subsidiya Şurası tərəfindən konsolidasiya tətbiq edilən ərazilər üçün xüsusi subsidiyalaşdırma mexanizmlərinin təşviqi də nəzərdən keçirilir ki, burada məqsəd fermerlərin bu prosesə daha könüllü və rahat şəkildə qoşulmasını təmin etməkdir.

Mirbağır YAQUBZADƏ
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Avqust 2026 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see495

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see292

Araqdan beyində degenerasiya baş verir

18 Sentyabr 2026 22:57see272

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see264

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see259

Paşinyan Almaniyaya biznes jetlə uçdu Təyyarə hakimiyyətə yaxın iş adamına bağlıdır

18 Sentyabr 2026 23:14see255

Bankların KREDİT MÜƏMMASI 18 yaşı yetkinlik saymırlar?

19 Sentyabr 2026 12:35see231

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see231

Türk məşhurlara qarşı əməliyyat: Onlar həbs edildi

19 Sentyabr 2026 17:26see226

Antiterror əməliyyatının ən mühüm cəhətlərindən biri mülki əhaliyə və sosial infrastruktura zərər verilməməsi oldu RƏY

19 Sentyabr 2026 17:12see220

Əbədi yaşamaq mümkündürmü? Fizikdən inanılmaz

19 Sentyabr 2026 22:17see213

Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək

19 Sentyabr 2026 17:07see210

Naxçıvanda qadınların iqtisadi fəallığının artırılmasına və biznes imkanlarına həsr olunan forum keçirilib

19 Sentyabr 2026 14:22see207

Boşandıqdan sonra ilk dəfə münasibətə hazırlaşır

19 Sentyabr 2026 01:55see204

Ağdərədə yeni su elektrik stansiyaları və rəqəmsal enerji infrastrukturu qurulur

19 Sentyabr 2026 11:43see195

Azərbaycanda vergi daxilolmalarının gələn il gözlənilən strukturu AÇIQLANDI

19 Sentyabr 2026 12:29see194

Ararat Mirzoyan “Biz hələ indi dövlət olmağa başlayırıq”

20 Sentyabr 2026 03:31see186

Əsrin müqaviləsi nin 32 yaşı oldu

20 Sentyabr 2026 01:07see184

Azərbaycan xristianlığının qədim mərkəzi Gəncəsər monastırı

20 Sentyabr 2026 04:50see180

ABŞ da dizel yanacağının orta qiyməti rekord həddə çatıb

20 Sentyabr 2026 05:19see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri