Icma.az
close
up
RU
Tovuz meşələri talan olunur VİDEO, FOTO

Tovuz meşələri talan olunur VİDEO, FOTO

Icma.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.

Tovuz rayon sakini Azər Məmmədov tərəfindən Hurriyyet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi Tovuz meşələrinin qırılmasına etiraz edir:

““2 saylı Yanıqlı meşə bərpaçılıq” adı ilə tanınan, lakin bərbadçılıq meşəbəyiliyindən, özünü, maddiyyatını, vəzifə və pulunu düşünən meşə təsərrüfatı direktorundan və hər şeyə göz yuman ekologiya işindən dəfələrlə şikayət etmişəm. Əfsuslar olsun ki, məktubumu şikayət etdiklərimə göndərirlər. Bunlar talan edir, həm də özləri özlərinə cəzamı verəcəklər?!

Tovuz rayon meşə direktoruna mən özüm şəxsən əl ilə əkilən şam ağaclarını göstərdim, baxdı və gülərək mənə dedi ki, çox sağ ol, benzin pulum çıxdı. Bu günə kimi də nə bir töhmət, nə bir cərimə oldu.

Meşədə güya 29 hektar şitil əkiblər. Həmin yerdə sahibkar yataq salıb, mal-qarası isə şitilin içində olur. Bunu da şəxsən ekologiya idarəsinin rəis əvəzi Elşən Şirinov və 3 nəfər tanıdığım işçiyə göstərdim, gördülər və yenədə sükut. Məlum məsələdir.

Mən nə qədər cənab İlham Əliyevə məktub ünvanlayır, Bakıdan nümayəndə istəyirəm, bu, olmur ki olmur. İllərdir 2 saylı Yanıqlı meşəbəyiliyində ağac şitili əkilir, ancaq bitmək bilmir. Nə də nəzarət, cəza və qorxu yoxdur.

İri diametrli, tam sağlam olan və mebelə yararlı fistiq ağacları qırılır. Özüdə əraziyə yalnız traktor və “Qaz 66” markalı avtomobili gedtmək mümkündür. Tək bir ərazi vahidliyində ən azı 300 ev var. Hər evə yaza çıxmaq üçün 2 maşın odun lazımdır, bunu da 1 manata verirlər. Neçə nəfərin adına bilet olur, yoxlamaq lazımdır.

Bir sözlə, meşələri özəlləşdirib, satıb çəpərlətdirirlər. Məftillər ağacları inkişafdan dayandırır. Əgər meşələri çəpərləyirlərsə, gözətçi nəyə görə dövlət büdcəsindən pul almalıdır?! Hər ay gözətçilərin məvacıbındən müəyyən miqdarda pul yığılır, güya nazirə verib şitilləri sildirmək üçün. Hansısa bəhanə ilə, məsələn quraqlıq səbəbindən bitmədiyi əsas gətirilir.

Sonda onu da deyim ki, mən nə meşə işində işləmişəm, nə də işləmək fikirim yoxdur. Sadəcə olaraq təbiəti və vətənimi sevdiyim üçün bunları dilə gətirirəm”.

Hazırladı: Jalə FAMİLQIZI

Hurriyyet.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:417
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 21 May 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri