Icma.az
close
up
RU
Tovuzda 6 nəfərin öldüyü qəzada xəsarət alan yeniyetmə xəstəxanada keçinib

Tovuzda 6 nəfərin öldüyü qəzada xəsarət alan yeniyetmə xəstəxanada keçinib

Tovuzda baş verən dəhşətli qəzada ağır xəsarət alan yeniyetmə Gəncədə yerləşən xəstəxanada ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, iki avtomobilin toqquşması zamanı xəsarət alan 13 yaşlı Zaur Həsənovun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, ağır yol-nəqliyyat hadisəsi gecə saatlarında Bakı-Qazax avtomagistralının Tovuz rayonundan keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Mercedes"lə "VAZ 2106 " markalı minik maşınları toqquşub. Qəza zamanı 5-i hərbçi olmaqla, 6 nəfər hadisə yerində ölüb.

Qəza ilə bağlı cinayət işi açılıb.

seeBaxış sayı:98
embedMənbə:https://sherg.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri