Tovuzda ağır qəza: 6 nəfər ölüb
Icma.az, Aznews.az portalına istinadən məlumat yayır.

Tovuzda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Aznews.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Hərəkətdə olan "Mercedes" və "Vaz" markalı avtomobillər toqquşub. Qəza zamanı 6 nəfərin öldüyü bildirilir.
Ölənlərin arasında hərbçilər də var.
Hadisə yerinə Tovuz RPŞ-nin əməkdaşları cəlb olunub.

