Tovuzda ildırım evi vurdu, yanğın baş verdi Xəsarət alanlar var KONKRET
Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Tovuzda fərdi evdə yanğın olub, 10 nəfər tüstüdən zəhərlənib.
KONKRET.az Lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb.
Ehtimala görə ildırım çaxmasından sonra kənd sakini İlham Əhmədova məxsus ikimərtəbəli evin birinci mərtəbəsində naqillərdə qısa qapanma baş verib və yanğın başlayıb. Hadisə baş verən zaman evdə heç kim olmayıb.
Əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin yanğın söndürən briqadası alovu söndürərək ətraf ərazilərə keçməsinin qarşısını alıblar. Hadisə nəticəsində evin birinci mərtəbəsindəki mətbəx və zalın yanar konstruksiyaları, məişət avadanlıqları tamamılə yanıb.
Alovu söndürmək üçün köməyə qonşular da gəlib. Nəticədə 10 nəfərə yaxın şəxs tüstüdən zəhərlənərək Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər.
Onlara lazımı tibbi yardımlar göstərilib və ambulator şəraitdə müayinə üçün evə buraxılıblar.
Hadisənin dəqiq baş vermə səbəbləri Tovuz Rayon Polis Şöbəsində araşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 19 İyul 2026 16:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















