Tovuzda Kür çayı sahilində güclü yanğın olub
Icma.az, Sia Az portalına istinadən məlumat verir.
Tovuz rayonunun Ceyrançöl adlanan ərazisində, Kür çayının sahilində yanğın hadisəsi qeydə alınıb.
SİA-nın məlumatına görə, hadisə vətəndaşlara məxsus açıq sahədə anidən başlayıb.
Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 4, Ağstafa rayon Dövlət Yanğından Mühafizə Hissəsinin isə 1 yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub.
Yanğın nəticəsində təxminən 300 hektara yaxın quru otlaq və kol-kos sahəsi yanıb. FHN əməkdaşlarının operativ müdaxiləsi sayəsində ərazidə yerləşən vətəndaşlara məxsus fermalar alovdan qorunub.
Hadisə ilə bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:Tovuzda Kür çayı sahilində güclü yanğın olub
21 Avqust 2025 20:34
Tovuzda yanğın olub
10 Avqust 2025 13:12
Salyanda Kür çayı sahilində ağacəkmə kompaniyası keçirilib FOTOLAR
22 May 2025 10:56
Tovuzda yanğın
25 Aprel 2025 09:09
Tovuzda anbarda yanğın olub
06 Yanvar 2025 17:55
Baxış sayı:82
Bu xəbər 21 Avqust 2025 21:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















