Tovuzda qəzalı vəziyyətdə olan körpünün aqibəti NECƏ OLACAQ? Bələdiyyə sədrindən AÇIQLAMA
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Sosial şəbəkə platformalarından birində Tovuz rayonunun Qəribli kəndində qəzalı vəziyyətdə olan körpü ilə bağlı video yayılıb. Sakinlərin sözlərinə görə, dəmir körpünün təmiri ilə bağlı müraciətlərinə baxan yoxdur.
Oxu.Az-ın əməkdaşı məsələ ilə bağlı məlumat almaq üçün Tovuz rayonunun Qəribli bələdiyyəsinin sədri Ucal Oruczadə ilə əlaqə saxlayıb.
Bələdiyyə sədri qeyd edib ki, sözügedən körpünü vətəndaşlar özləri tikiblər: "Həmin dəmir körpünün yaşı çoxdur. Sonuncu yayılan videonun ardınca biz sakinlərlə müəyyən məbləğ topladıq, dünən təmir etdirdik. Onu da qeyd edim ki, icra hakimiyyəti tərəfindən üç körpünün təmiri nəzərdə tutulub. Onlardan biri də həmin dəmir körpüdür".
Məhərrəm Əliyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 17 Fevral 2025 17:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















