Icma.az
close
up
RU
Toy biznesindən qazanılan MİLYONLAR Vergi ödəməyən müğənniləri hansı CƏZA GÖZLƏYİR?

Toy biznesindən qazanılan MİLYONLAR Vergi ödəməyən müğənniləri hansı CƏZA GÖZLƏYİR?

Icma.az, Tribuna saytına istinadən bildirir.

Azərbaycan qanunvericiliyinə görə, gəlir əldə edən hər bir şəxs vergiyə cəlb olunur. Lakin vergi rəsmi şəkildə işləyən, gəlir əldə edən şəxslərə aid edilir. Ölkədə elə fəaliyyət növləri var ki, orada gəliri və ya gəlirin məbləğini sübut etmək çətin olur. Buna toy, nişan, ad günü və bu kimi məclislərdə çıxış edərək qazanc əldə edən müğənni və musiqiçiləri aid edə bilərik. Çünki müğənniyə verilən pul adətən nağd və ya bəxşiş şəklində verilir.

Tribunainfo.az xəbər verir ki, bəzi ifaçılar dəfələrlə mətbuata toyda bir saat iştirak etmək üçün konkret rəqəmlər açıqlayıblar. Bu rəqəmlər heç də az deyil. “Toy qiyməti” kimi adlanan gəlirə görə vergi verib vermədikləri isə məlum deyil.

Bizim.Media olaraq müğənnilərin hansı formada vergiyə cəlb olunması, ümumiyyətlə, cəlb olunması haqqında Dövlət Vergi Xidmətinə sorğu ünvanlamışıq. Lakin sorğumuza cavab gəlməyib.

Mövzu barədə Bizim.Media-ya danışan iqtisadçı Xalid Kərimli deyib ki, onlar da adi qaydada VÖEN alıb vergi ödəməlidirlər:

“Əgər muzdlu işləməyən şəxs varsa, bu formada qazanc əldə edirsə, vergi məcəlləsinə görə, həmin şəxslər gedib uçotda durmalı, VÖEN almalı və qazandığı puldan adi sahibkar kimi vergi ödəməlidirlər. Hüquqi rejim fərqli ola bilər, əgər şəxs istəsə, mikro hüquqi şəxs kimi də qeydiyyatdan keçə bilər. Məsələn, prodüseri varsa, o zaman bir dənə kiçik MMC aça bilər, gəlirləri ora transfer edə bilər.

Həmin şəxslər birmənalı olaraq vergi ödəməlidirlər. VÖEN-in tələblərinə uyğun olaraq əgər fiziki şəxs kimi VÖEN alıblarsa, hesabatlarını təqdim etməlidirlər və qazanclarına uyğun da vergi ödəməlidirlər.
Onlar sahibkarlıq fəaliyyəti ilə məşğul olduqlarına görə, fiziki şəxslər gəlirlərindən 20 faiz vergi ödəyə bilərlər. Amma hüquqi şəxs kimi seçsələr, mikro sahibkar olsalar başqa cür vergi ödəyə bilərlər”.

Ekspert bildirib ki, müğənnilərin məclislərdə oxuyaraq pul qazanması sahibkarlıq fəaliyyətidir:

“Heç bir böyük şirkət və holdinqlərdən fərqi yoxdur. Onlar da VÖEN almalı, vergi ödəməlidirlər. Qanunvericilik bunu onlar qarşısında məcburi hal kimi qoyur. Vergidən yayınmağın da ciddi baş ağrıları ola bilər. Vergidən yayınmalar məlum olsa, yəni dövlət bunu müəyyənləşdirsə, yayındıqları məbləğin 50 faizi qədər cərimə olunacaqlar. Gecikdirilən məbləğin 10 faizi qədərini də günlük dəbbə pulu ödəyə bilərlər. Kütləvi şəkildə büdcədən yayınma varsa, hətta məsələ cinayət məcəlləsinə qədər gedib çıxa bilər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 08 İyul 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see224

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see195

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see178

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see174

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see170

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see147

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see146

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see145

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see144

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see140

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see140

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see139

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see132

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see129

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see128

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see128

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see125

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see125

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see124

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri