Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Toy karvanları qəza mənbəyidir: Ənənə adı ilə qaydalar tapdanır

Toy karvanları qəza mənbəyidir: Ənənə adı ilə qaydalar tapdanır

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Bugünkü vəziyyətdə toy karvanı üçün avtomobil sayı minimum olmalıdır

 Şəxsi sevincin ictimai təhlükəsizliyə qurban verilməsi nə yol mədəniyyətinə, nə də cəmiyyətin ümumi maraqlarına sığır. Toy karvanlarının qaydaları pozaraq şəhər yollarında təhlükə və süni sıxlıq yaratması bunu bir daha açıq şəkildə göstərir.

Çox təəssüf ki, toy mərasimlərinin əsas simvollarından olan “toy karvanı” son illər paytaxt yollarında ciddi təhlükə mənbəyinə çevrilib. Şəhərin mərkəzi küçələrində və magistral yollarda hərəkət edən toy karvanı bir çox hallarda yol hərəkəti qaydalarının kobud şəkildə pozulması ilə yadda qalır. Dayanma işıq siqnallarından sui-istifadə, zolaqların əsassız şəkildə tutulması, qəfil manevrlər və dayanma-durma qaydalarına məhəl qoyulmaması artıq adi mənzərəyə çevrilib. Nəticədə sadəcə yollarda süni sıxlıq yaranmır, həm də digər sürücülərin və piyadaların həyatı real risk altına düşür. Son olaraq Nərimanov rayonunda qeydə alınan yol-nəqliyyat hadisəsi göstərir ki, məsuliyyətsiz “şənlik mədəniyyəti” bir anın içində faciəyə çevrilə bilər. 

Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) müraciət yayıb. Müraciətdə bildirilib ki, toy karvanlarında hərəkət edən bəzi sürücülər təkcə yollarda süni sıxlıq yaratmırlar, onlar həm də qəzaların baş verməsinə səbəb olurlar. Paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində qeydə alınan bu qəza real mənzərəni əks etdirir.

Müraciətdə əlavə olaraq qeyd edilib ki, toy karvanlarında olan bəzi sürücülər nəqliyyatın hərəkəti zamanı qəza dayanma işıq siqnalını yandıraraq bütün hərəkət zolağını tutur, manevretmə qaydalarını pozur və yollarda süni sıxlıq yaradırlar: "Eyni zamanda, bəy-gəlin maşınını müşayiət edən belə şəxslər şadlıq saraylarının yaxınlığında olan yollarda dayanma və durma qaydalarına da əməl etmirlər və nəticədə hərəkətin ləngiməsinə səbəb olurlar".

"NİİM toy karvanlarında iştirak edən sürücülərin diqqətinə çatdırır ki, onlar qaydalara məsuliyyətlə yanaşmalı və bir zolaq üzrə yolun sağ tərəfində sıra ilə hərəkət etməlidirlər".

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov da qeyd edib ki, bu, ilk hal deyil: “İllərdir Azərbaycanda toy karvanlarındakı avtomobillərin dəfələrlə qəzaya düşdüyünün və qəza şəraiti yaratdığının şahid oluruq. “Günün pik saatlarında şəhərin küçələri ilə hərəkət edən toy karvanları tıxaca səbəb olur və qəza vəziyyəti yaradırlar. Xüsusən də sürət həddi yüksək olan prospektlərdə hərəkət edən toy karvanları bir neçə zolağı tutmaqla və sürəti qəfil azaltmaqla qəza şəraiti yaradırlar. Eyni zamanda bu hərəkətlər şosse yolunda tıxaca səbəb olur. Bu da öz növbəsində insanlarda narahatlıq və narazılıq yaradır. Toylar axşam saatlarına, vətəndaşların işdən çıxdığı vaxta təsadüf etdiyindən vəziyyət daha da çətinləşir. Çox təəssüf ki, bəzi toy karvanları yol hərəkəti qaydalarına ümumiyyətlə, məhəl qoymur. Belə sürücülər anlamırlar ki, toy karvanı yolda hər hansı bir üstünlük vermir. Və yolda hər hansı bir qəfil hərəkət toyu yasa çevirə bilər. Bu səbəbdən də toy karvanlarına qarşı bəlkə də xüsusi tələblərin qoyulmasına ehtiyac var. Ekspert hesab edir ki, toy karvanında avtomobillərin sayı azaldılmalıdır. Bugünkü vəziyyətdə toy karvanı üçün avtomobil sayı minimum olmalıdır. Düzdür, toy karvanlarına hər hansı bir qadağanın qoyulmasının tərəfdarı deyiləm, lakin ümumi istifadədə olan yollarda belə ənənələri tətbiq etmək olmaz. “Ənənədir” deyib hər şeyi qorumaq bəzən təhlükəsizlik kimi daha fundamental dəyərləri kölgədə qoya bilər. Buna yol verilməməlidir. Bir sözlə, toy karvanının varlığına yox, təhlükəli və asayişi pozan formalarına məhdudiyyət qoyulmalıdır”. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 Dekabr 2025 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see375

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see299

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see282

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see257

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see242

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see239

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see233

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see226

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see225

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see211

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see210

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see206

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see204

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see203

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see198

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see195

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see191

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see185

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri