Icma.az
close
up
RU
Toy kortejləri” faciəyə aparır: Qaydaları pozanların hesabı verilməlidir

Toy kortejləri” faciəyə aparır: Qaydaları pozanların hesabı verilməlidir

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mədəniyyət bəhanəsi ola bilməz, sərt nəzarət olmalıdır



Belçikada toy karvanı ilə avtomobil yolunda hərəkətin dayanmasına səbəb olan 18 nəfər məhkəmənin qərarı ilə 5 il müddətinə sürücülükdən kənarlaşdırılıb. Sürücülük vəsiqələri ləğv edilib, 2000 avro cərimələniblər, karvana qatılan 6 avtomobil müsadirə olunub. Bəlkə də, təxmin edirsiniz ki, bu şəxslər yəqin azərbaycanlılardır. Yox, bizimkilər deyil, amma bizdəndirlər. Yəni türklərdir. Sosial şəbəkədə bununla bağlı məlumat paylaşılıb. Foto da əlavə olunub. Fotodan görünür ki, uzun toy karvanı avtomobil yolunun tam ortasıyla hərəkətdədir, irəlidə gedən gəlin (!) əlində nağara (davul) tutub. Bəyə oxşayan gəncin v ətrafındakıların da əllərində Türkiyə Cümhuriyyətinin dövlət bayrağı var. Bayraq əladır, amma yerinə və mahiyyətinə görə. Toy karvanı yolu kəsdiyi üçün şəxslər məsuliyyətə cəlb edilib. Məhkəmədə işə baxan hakim bunları deyib: “Siz bununla təkcə tıxac yaratmamısınız, eyni zamanda digər sürücülərin əsəbiləşməsinə, stress keçirməsinə səbəb olmusunuz. Belə davranışlar aqressivliyə və nəticə etibarilə irqçiliyin təzahür etməsinə gətirib çıxarır. Zatən irqçilik yayılmaqdadır, buna qarşı mübarizə aparmalıyıq. Əylənmək istəyirsinizsə, gedin başınıza vedrə keçirin, nə istəyirsiniz edin, amma öz evinizdə, öz bağçanızda. Amma yollardan öz şəxsi əyləncəniz, maraqlarınız üçün sui-istifadə edə bilməzsiniz. Etməməlisiniz. Yol bütün sürücülər üçün, hamı üçündür. Hamı yollarda eyni dərəcədə istifadə etmək hüququna malikdir. Kimsə avtomobil yolunu şəxsi marağı üçün istifadə edə bilməz. E17 (toy karvanının durduğu yer) Avropada ən gur avtomobil magistralıdır. Bura sizin üçün rəqs meydançası deyil”. 

Qeyd edək ki, məlum hadisəyə sosial şəbəkə istifadəçiləri sərt reaksiya verib. Vətəndaşlar bu fikirdədir ki, toy karvanı ilə hərəkət edib yolda tıxac yaratmaq, digər avtomobillərin sərbəst hərəkətinə mane olmaq etik deyil. İstifadəçilərdən biri qeyd edib ki, bizdə də belə sərt cəzalar tətbiq edilməlidir. Bəzən bu toy karvanları səbəbindən insanlar gedəcəkləri mənzilə gecikir, hətta ambulanslar da yolda qalır, insanların həyatı təhlükə altına düşür. Toy korteji ilə nəyi göstərmək istəyirlər, varlı olduqlarınımı, yoxsa sevinclərinimi? İnsan sevincini sakit, mütəvazi formada da bildirə bilər. Cəzalar sərtləşsə, insanlar məntiqli davranar.

Onu da xatırladaq ki, toy karvanlarının qəzalara səbəb olması, yolun hərəkət hissəsində qaydaları kobudcasına pozaraq təhlükəli vəziyyət yaratmasıyla bağlı Azərbaycan polisi - Baş Dövlət Yol Polisi İdarəsi zaman-zaman sürücülərə, vətəndaşlara müraciət edir. Müraciətlərdə qeyd edilir ki, toy karvanına qoşulan avtomobillər hərəkət halında ikən qəza dayanma işıq siqnalını yandıraraq bütün hərəkət zolaqlarını tuturlar və yollarda süni sıxlıq yaradırlar. Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müraciətində də bildirilib: "Müşahidələr göstərir ki, “toy karvanları"nda olan bəzi sürücülər yolun hərəkət zolaqlarını tamamilə tutmaqla yanaşı, manevretmə qaydalarını da pozmaqla küçə və prospektlərdə süni sıxlıq yaradırlar. Bununla onlar digər nəqliyyat vasitələrinin sərbəst hərəkətinə mane olurlar. Eyni zamanda bəy-gəlin maşınını müşayiət edən belə şəxslər şadlıq saraylarının yaxınlığında olan yollarda dayanma və durma qaydalarına da əməl etmirlər və nəticədə hərəkətin ləngiməsinə səbəb olurlar. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi “toy karvanları"nda iştirak edən sürücülərdən bir zolaq üzrə yolun sağ tərəfində sıra ilə hərəkət etmələrini xahiş edir ki, yollarda sıxlığın yaranmasına səbəb olmasınlar".


"Toy kortejləri”nin paytaxt küçələrində hərəkətinin qanunsuz olduğunu vurğulayan hüquqşünas Ərşad Hüseynov isə Sherg.az-a açıqlamasında deyib ki, yol hərəkəti qaydalarına görə, avtomobillərin dəstə halında hərəkəti yalnız dövlət əhəmiyyətli xüsusi tədbirlərdə mümkündür. Hansı ki, həmin mütəşəkkil nəqliyyat dəstəsinin önündə və arxasında Yol Patrul Xidmətinin maşını olmalıdır. Qalan bütün hallarda dəstə halında avtomobillərin hərəkəti yolverilməzdir: 

seeBaxış sayı:85
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 Oktyabr 2025 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri