Icma.az
close
up
RU
Toy menyuları bahalaşıb: Qiymətlər 400 manata çatır

Toy menyuları bahalaşıb: Qiymətlər 400 manata çatır

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakıda fəaliyyət göstərən tanınmış şadlıq saraylarında toy menyularının qiymətində və xidmət paketlərinin tərkibində son üç ildə ciddi dəyişikliklər müşahid olunur.

İqtisadi amillər, ərzaq məhsullarının bahalaşması və xidmət xərclərinin artması şadlıq saraylarının qiymət siyasətinə birbaşa təsir göstərib.

Avtosfer.az xəbər verir ki, 2023-cü ilin əvvəlində paytaxtın tanınmış restoranlarında bir nəfərlik toy menyusunun orta qiyməti 45-80 manat arasında dəyişirdisə, hazırda eyni kateqoriyalı zallarda qiymətlər 70-130 manat və daha yuxarı hədlərə yüksəlib. Əvvəllər 50-60 manat ödənilərək əldə edilən zəngin masa arxası və əlavə xidmətlər toplusunu bu gün yalnız 90-100 manatdan başlayan paketlərdə görmək mümkündür. Konkret şadlıq saraylarının misalında müqayisə aparsaq, dəyişikliklərin miqyası daha aydın görünür.

Məsələn, "Grand Neon" şadlıq sarayında 2023-cü ilin əvvəlində standart menyu qiymətləri adambaşına 45-55 manat arasında dəyişirdisə və bu məbləğə 10-dan çox salat çeşidi, 3 isti yemək, limitsiz içkilər, canlı ansambl, aparıcı və peşəkar video çəkiliş daxil idisə, hazırda eyni restoranda qiymətlər 65-85 manat aralığına qalxıb, həmçinin menyuya daxil olan bəzi xidmətlər kənarlaşdırılıb.

Faktiki vəziyyət "Altun Saray" və "Neolit" kimi məkanlarda da müşahid olunub. Əvvəllər 45-50 manat olan menyular hazırda 70-100 manat aralığında təklif edilir. Premium seqmentə daxil olan "Sapfir", "Grand Opera" və "Böyük Saray"da isə 2023-cü ildə 110-150 manatdan başlayan start qiymətləri hazırda 160–250 manata, bəzi hallarda isə 350-400 manata qədər yüksəlib.

Qiymət artımı ilə yanaşı menyuların tərkibində və porsiyalarda da optimallaşdırma aparılıb. Əvvəllər 50 manatlıq menyuda 10-12 növdə salat, dəniz məhsulları, qırmızı kürü və keyfiyyətli ət assortiləri təqdim edilirdisə, hazırda analoji qiymət aralığında salat sayı 6-8-ə endirilib və daha çox tərəvəz əsaslı komponentlərlə əvəzlənib. İsti yeməklər və kabablarda porsiyaların çəkisi azaldılıb, quzu antrekotu kimi bahalı çeşidlər standart paketlərdən çıxarılıb. Şüşə qablaşdırmada təqdim olunan təbii şirələr və limitsiz yerli spirtli içkilər isə hazırda bir çox zallarda limitlə verilir və ya plastik qablaşdırmadakı analoqları ilə əvəzlənir.

Diqqətçəkən digər məqam isa əlavə şou və təşkilati xidmətlərin menyudan çıxarılmasıdır. 2023-cü ilin əvvəlində menyu qiymətinə hədiyyə kimi daxil edilən ansambl, aparıcı, peşəkar video və foto çəkiliş, bəy-gəlin maşınının bəzədilməsi, çoxmərtəbəli tort və işıq-tüstü effektləri indi əksər zallarda ayrıca ödənişlə təklif olunur. Hazırda foto-video çəkiliş üçün ayrıca 300-800 manat arası xərc tələb olunur, tüstü və pirotexnika şouları əlavə xidmət kimi satılır, standart DJ əvəzinə xüsusi müğənni və ya aparıcı dəvət edildikdə isə zal tərəfindən ayrıca texniki avadanlıq haqqı tutulur. Hətta əvvəllər qiymətin içində olan ofisiant xidməti üçün də indi bəzi zallarda menyunun üzərinə əlavə 10 faiz xidmət haqqı hesablanır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 02 Sentyabr 2026 18:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see348

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see332

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see332

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see312

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see309

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see295

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see258

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see252

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see241

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see227

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see218

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see206

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see201

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see199

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see194

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see192

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see192

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see177

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri