Toy mərasiminin qarşısı alınan 14 yaşlı qız dərslərdən mütəmadi olaraq yayınıbmış AÇIQLAMA
GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Tovuz rayonunun Öysüzlü kəndində ərə verilən və müvafiq qurumlar tərəfindən toy mərasiminin qarşısı alınan qız təhsil aldığı dövrdə dərslərdən mütəmadi olaraq yayınıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Oxu.Az”ın sorğusuna cavab olaraq Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirilib.
Qeyd edilib ki, 2011-ci il təvəllüdlü, Tovuz rayon sakini olan şagird Mahir Ələkbərov adına tam orta ümumtəhsil məktəbində təhsil aldığı dövrdə dərslərdən mütəmadi olaraq yayınıb. Bununla bağlı məktəb rəhbərliyi tərəfindən 23 yanvar 2023-cü il tarixində hüquq-mühafizə orqanlarına rəsmi müraciət edilib.
“Hüquq-mühafizə orqanlarından təhsil müəssisəsinə 13 fevral 2023-cü il tarixində daxil olan cavab məktubunda qeyd olunub ki, şagird ailəsi ilə birlikdə əvvəlki ünvanda yaşamır və onların paytaxtın Qaradağ rayonu Buta qəsəbəsində məskunlaşdıqları müəyyən edilib. Qeyd olunan tarixdən sonra isə şagirdin ailəsinin yeni ünvan üzrə hər hansı ümumtəhsil müəssisəsinə və ya müvafiq təhsil idarəsinə rəsmi müraciətinin olmadığı müəyyən edilib. Bu səbəbdən şagirdin təhsilini davam etdirməsinə nəzarəti təmin etmək mümkün olmayıb”, – məlumatda bildirilib.
Xatırladaq ki, Tovuzda 14 yaşlı qızın 34 yaşlı kişi ilə evlənməsinin qarşısı alınıb. Açıqlama verən qız 6-cı sinifdə məktəbndən uzaqlaşdığını, daha sonra təhsilini davam etdirmək istədiyini, lakin məktəbə qəbul edilmədiyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 16 Dekabr 2025 20:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















