Icma.az
close
up
RU
Menu

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

Sevdiyiniz musiqi ağrını azalda bilər

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

Toy mövsümü açıldı: Bəs qızılın bazarı?

Toy mövsümü açıldı: Bəs qızılın bazarı?

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Toy mövsümünün başlaması ilə qızıl-zinət əşyalarına tələbat yenidən artıb. 

Son dövrlərdə dünya bazarında qızılın qiymətinin yüksəlməsi isə toy və nişan alış-verişinin büdcəsinə də təsirsiz ötüşmür. 

Bəs ötən ilin eyni dövrü ilə müqayisədə qızıl nə qədər bahalaşıb və bu artım istehlakçıların seçimlərinə necə təsir göstərir? 

“Cebheinfo.az"-a danışan “Azərbaycan Zərgərlər Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədr müavini Rövşən Əmircanov bildirib ki, ötən ilin eyni dövrü ilə müqayisədə beynəlxalq bazarda qızılın qiymətində təxminən 30 faizlik artım müşahidə olunur. Onun sözlərinə görə, bu dinamika qlobal bazarda qızılın bahalaşma tendensiyasının davam etdiyini göstərir: 

“Bununla yanaşı, qızıl-zinət əşyalarının pərakəndə satış qiyməti yalnız xammal qızılın bazar dəyəri əsasında formalaşmır. Məmulatın əyarı və çəkisi, istehsal və emal xərcləri, dizayn xüsusiyyətləri, texnoloji mürəkkəbliyi, qiymətli daşların keyfiyyət göstəriciləri, eləcə də idxal və logistika xərcləri son satış qiymətinə təsir göstərir.

Bu səbəbdən zinət əşyaları bazarındakı qiymət dəyişikliklərinin bütün məhsullar üzrə vahid faiz göstəricisi ilə ifadə edilməsi iqtisadi baxımdan əsaslı olmazdı”. Rövşən Əmircanov əlavə edib ki, toy mövsümünün başlanması qızıl-zinət əşyaları bazarında mövsümi tələbin və bazar fəallığının yüksəlməsi ilə müşayiət olunur: 

“Azərbaycan Zərgərlər Assosiasiyasının apardığı bazar müşahidələrinə əsasən, bu sahədə satışların təxminən 70 faizi toy, nişan və digər mərasimlərlə əlaqədar həyata keçirilən alışların payına düşür. Bu göstərici mərasimyönümlü istehlakın zərgərlik bazarının ümumi dövriyyəsində mühüm yer tutduğunu göstərir. 

Toy mövsümündə əvvəlcədən planlaşdırılmış alışların intensivləşməsi müxtəlif kateqoriyalı zinət əşyalarına tələbin artmasına və bazarda satış fəallığının yüksəlməsinə səbəb olur. 

Toy və nişan mərasimləri ilə bağlı qızıl alışları ənənəvi xarakter daşıdığı və əsasən əvvəlcədən planlaşdırıldığı üçün bu seqmentdə tələb qiymət dəyişikliklərinə digər istehlak istiqamətləri ilə müqayisədə daha az həssas olur”. 

Ekspert vurğulayıb ki, istehlakçılar qızıl-zinət əşyası alarkən satış qiyməti ilə yanaşı, məmulatın üzərində dövlət əyar damğasının mövcudluğuna, əyar və çəki göstəricilərinə, habelə etiketdə və müşayiətedici sənədlərdə qeyd olunan məlumatların məhsulun faktiki xüsusiyyətlərinə uyğunluğuna diqqət yetirməlidirlər: 

“Qiymətli daşlarla işlənmiş məmulatlarda daşın çəkisini, rəngini, təmizlik dərəcəsini, təraşlanma xüsusiyyətlərini və digər əsas keyfiyyət parametrlərini əks etdirən, etibarlı gemoloji qurum tərəfindən verilmiş sertifikatın mövcudluğu xüsusi əhəmiyyət daşıyır. 

Həmçinin daşın təbii və ya laboratoriya şəraitində yetişdirilmiş olması, hər hansı emala məruz qalıb-qalmaması və yaxud imitasiya məhsulu olub-olmaması barədə məlumatlar alıcıya aydın və yoxlanıla bilən formada təqdim edilməlidir”. 

Rövşən Əmircanov qeyd edib ki, bazarda mövcud problemlərdən biri də qiymətli daşların mənşəyi və keyfiyyət göstəriciləri barədə məlumatların ayrı-ayrı hallarda natamam, qeyri-dəqiq və ya yoxlanılması mümkün olmayan formada təqdim edilməsidir: 

“Bu vəziyyət məmulatın faktiki keyfiyyətinin və real dəyərinin müəyyənləşdirilməsini çətinləşdirir, eyni zamanda istehlakçı risklərini artırır. Buna görə də sertifikatı verən qurumun etibarlılığına, sənədin identifikasiya nömrəsinə və sertifikatda göstərilən məlumatların məmulatın faktiki xüsusiyyətləri ilə uyğunluğuna xüsusi diqqət yetirilməlidir. 

Alış faktını təsdiq edən kassa qəbzini, məmulatın etiketinin, gemoloji sertifikatın və digər müşayiətedici sənədlərin saxlanılması mümkün mübahisəli hallarda istehlakçı hüquqlarının müdafiəsi baxımından mühüm əhəmiyyət daşıyır”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Açar sözlər: toy qızıl

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Avqust 2026 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see509

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see325

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see295

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see281

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see279

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see279

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see273

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see273

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see251

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see247

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see243

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see242

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see235

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see223

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see217

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see217

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see211

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see195

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see191

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri