Icma.az
close
up
RU
Toya xeyli pul xərcləyənlər arasında boşanmalar daha çoxdur

Toya xeyli pul xərcləyənlər arasında boşanmalar daha çoxdur

Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bahalı toy və bahalı nişan üzüyü xoşbəxt və uzunömürlü evliliyə zəmanət vermir. Əksinə, yeni araşdırma yüksək toy xərcləri ilə boşanma ehtimalı arasında əlaqə olduğunu göstərib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Emori Universitetinin iqtisadçıları Endryu Frensis-Tan və Hüqo Mialon 3 mindən çox evli şəxsin məlumatlarını təhlil ediblər.

Araşdırmada ən azı bir dəfə evli olmuş 3151 amerikalı iştirak edib. Onlardan nişan üzüyünə və toy mərasiminə nə qədər pul xərclədikləri soruşulub. Alimlər ailənin gəliri, evlənmə yaşı, uşaqların olması, nikahdan əvvəl birlikdə yaşamaq və digər demoqrafik amilləri də nəzərə alıblar.

Nəticələr göstərib ki, nişan üzüyünə 2-4 min dollar xərcləyən kişilərin boşanmış olma ehtimalı üzüyə 500-2000 dollar xərcləyənlərlə müqayisədə təxminən 1,3 dəfə yüksək olub.

Toy xərcləri ilə bağlı fərq isə daha diqqətçəkən olub. Toyuna 20 min dollardan çox pul xərclənən qadınların boşanma ehtimalı toy büdcəsi 5-10 min dollar olan qadınlarla müqayisədə təxminən 3,5 dəfə yüksək çıxıb.

Ən aşağı boşanma göstəricilərindən biri isə toyuna 1000 dollardan az pul xərcləyən cütlüklərdə qeydə alınıb.

Araşdırmada başqa maraqlı məqam da ortaya çıxıb. Toyda qonaqların sayının çox olması, əksinə, daha uzunmüddətli nikahla əlaqələndirilib. Burada söhbət toyun bahalı olmasından deyil, mərasimdə daha çox qohum, dost və yaxın insanın iştirak etməsindən gedir.

Alimlər hesab edirlər ki, geniş sosial çevrənin dəstəyi cütlüyün münasibətlərinə müsbət təsir göstərə bilər.

Bahalı toylarla boşanma arasındakı əlaqənin səbəblərindən biri kimi maliyyə stressi göstərilir. Toy üçün böyük məbləğdə pul xərcləmək və borclanmaq yeni ailənin üzərinə əlavə iqtisadi yük sala, bu da sonradan mübahisə və gərginliyə səbəb ola bilər.

Tədqiqatçılar bunun səbəb-nəticə əlaqəsini qəti şəkildə sübut etmədiyini vurğulayıblar. Bununla belə, nəticələr göstərir ki, dəbdəbəli toy və bahalı üzük möhkəm evliliyin təminatı deyil. Daha az xərc və daha çox yaxın insanın iştirakı isə daha uzun nikahla əlaqəli ola bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://lent.az
archiveBu xəbər 24 Avqust 2026 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see363

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see303

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see301

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see301

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see296

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see277

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see277

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see277

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see262

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see256

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see255

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see251

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see250

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see249

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see244

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see242

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see232

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see228

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri