Icma.az
close
up
RU
Məkəb direktorları arasında kişilər daha çoxdur RƏQƏMLƏR

Məkəb direktorları arasında kişilər daha çoxdur RƏQƏMLƏR

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanda təhsil sistemində rəhbər vəzifələrdə çalışanların cinsə görə bölgüsü illər üzrə müəyyən fərqliliklər göstərsə də, ümumi mənzərədə kişilərin üstünlük təşkil etdiyi açıq şəkildə görünür. Təhsil pillələri arasında bu fərq bəzi sahələrdə daha kəskin, digərlərində isə balanslı şəkildə təzahür edir. Xüsusilə ali və peşə təhsili müəssisələrində rəhbər vəzifələrdə kişilərin say çoxluğu müşahidə olunur, məktəbəqədər təhsildə isə qadınların demək olar ki, tam üstünlük təşkil etdiyi görünür.

Modern.az-ın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə hesabatından əldə etdiyi məlumata görə, təhsil müəssisələrində rəhbər vəzifələrdə çalışan qadın və kişilərin statistikası aşağıdakı kimidir. 

Məktəbəqədər təhsil

2023 və 2024-cü illərdə məktəbəqədər təhsil müəssələrində 1644 müdir vəzifəsində çalışıb ki, onların da 1643-ü qadın, 1-i kişidir.

Ümumi təhsil

2024-cü ildə ümumi təhsil müəssələrində direktor vəzifəsini yerinə yetirənlərin 1499 qadın, 2105 kişi olub. Olub. 2023-cü illə müqayisədə qadın direktorların sayı 29, kişilərin sayı isə 20 nəfər azalıb.

Peşə təhsili

2023-cü ildə dövlət peşə təhsillərinə rəhbərlik edənlərin 85-i qadın, 47-si kişi olub. Bu göstəricilər 2024-cü ildə 43 qadın, 63 kişi olub. Direktor müavini vəzifəsini də icra edən kişilərin sayı daha çox olub. Belə ki, peşə məktəblərində 39 qadın müavin, 65 kişi müavini çalışır.

Orta ixtisas təhsili

2023-cü ildə kolleclərə rəhbərlik edən direktorların 13-ü qadın, 6-sı kişi olub. Bu göstərici 2024-cü ildə 15 qadın və 9 kişi rəhbərinə yüksəlib.

Ali təhsil

Universitetlərdə rəhbər vəzifədə çalışanların böyük əksəriyyəti kişilərdir. Ötən il statistikasına görə ali təhsil mərkəzlərinə rəhbərlik edən rektorların 4-ü qadın, 35-i kişidir. Prorektorlar və filial direktorlarının isə 44-ü qadın, 130-ü kişidir. Fakültə dekanlarına gəldikdə isə 54 qadın, 130 kişi, kafedra müdirlərinin isə 240-ı qadın, 468-i kişidir.

Bu göstəricilər 2023-cü ildə aşağıdakı kimi idi:

Rektor – 4 qadın, 34 kişi

Prorektorlar və filial direktorları – 39 qadın, 141 kişi

Fakültə dekanı – 47 qadın, 130 kişi

Kafedra müdiri – 220 qadın, 505 kişi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 May 2025 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see317

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see311

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see309

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see294

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see293

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see285

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see275

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see275

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see273

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see259

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see243

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see233

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see232

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see229

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see228

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see226

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see218

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see195

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri