Icma.az
close
up
RU
“Toyda israf edirsiniz, yasda qənaət yada düşür?” Molladan sərt sözlər

“Toyda israf edirsiniz, yasda qənaət yada düşür?” Molladan sərt sözlər

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Samux rayonunun Çobanabdallı kəndində maraqlı bir hadisə baş verib. Kənd mollası çəkdiyi videomüraciətdə yas mərasimlərində iştirakın azlığından gileylənib və bunun əsas səbəbini ehsan verilməməsi ilə əlaqələndirib. Onun sözlərinə görə, məqsədi mərhumun evinə dəstək olmaq, insanları həmrəylik göstərməyə çağırmaqdır.

“Videonu çəkdim ki, gəlin yasda iştirak edin. Halva yeməsəniz belə, heç olmasa çay süfrəsində oturun. Ev yiyəsinə dəstək olun ki, tək qalmasın”, – molla “Xəzər TV”yə açıqlamasında bildirib.

Kənd sakinlərinin fikirləri isə fərqlidir. Onlar deyirlər ki, yaslarda yemək verilməməsi insanların öz təşəbbüsü əsasında həyata keçirilən qərardır və bu, çoxluq tərəfindən müsbət qarşılanır. Çünki ehsanların ləğvi həm mərhumun ailəsini artıq xərcdən xilas edir, həm də yasın əsas mahiyyətini – mərhumun ruhuna dua oxunmasını – ön plana çıxarır.

Sakinlər əlavə edirlər ki, yas məclisinə kimlərin qatılması çox vaxt mərasim sahibinin özünün digər bənzər məclislərdə iştirakına bağlı olur. Yəni, kimin yasına gedilibsə, onun da yasına əksər hallarda qarşılıq verilir.

Maraqlı məqam isə odur ki, doğrudanmı insanlar ehsan olmadığı üçün yaslara getməkdən yayınırlar?

Moderator.az bildirir ki, bu suala aydınlıq gətirmək üçün Musavat.com məsələ ilə bağlı Saray məscidinin mollası Bəxtiyar Məmmədovla söhbətləşib.

- İlk olaraq ehsanın bəzi rayonlarımızda yığışdırılmasından danışaq. Buna münasibətiniz necədir?

- Ehsan yaxşılıq deməkdir. Ərəb sözüdür. Belə çıxır ki, biz ehsanı yığışdırmaqla elə yaxşılığı yığışdırırıq. Ehsanı yığışdırmaqdansa, süfrəyə qoyulan yeməklərin sayını azaltmaq lazımdır ki, israfçılıq olmasın. Mən getdiyim yas məclislərində ehsan verilir. Yas mərasimlərində çay sürfrəsi olsa, bəs edər. Yemək veriləndə isə elə etmək lazımdır ki, artıq qalıb xarab olmasın. Mən şəxsən şahidi oluram ki, məclislərdə həddindən artıq israfçılıq olur. Süfrəni sadələşdirmək daha gözəl olar. İndi ehsan süfrəsində daha meyvə verilmir, onun yerinə pomidor, xiyar, turşu, pendir qoyulur. Lakin bunlar o qədər alınır ki, artıq qalır. Elə onu aparıb ehtiyacı olan ailələrə versinlər. Amma ehsanı tamamı ilə yığışdırmaq düzgün deyil. Ehsan süfrəsində ən azı bir stəkan çay olmalıdır. İnsanın gözəl söz danışmağı da, yemək verməsi də ehsandır. Sözü də çox danışsan, israf olar. Hər şeyi qədərində etmək daha yaxşıdır. Bir azdan deyəcəklər ki, yas məclislərində Quran da oxunmasın. Bu nə dərəcədə düzgündür?!

Halbuki toy məclislərində növbənöv içkilər, xörəklər verilir, insanlar sərxoş olub dava edirlər. Bəs toylarla bağlı niyə məhdudlaşdırmadan, sadələşdirmədən danışmırlar? Ən böyük israfçılıq elə toylarda müşahidə edilir. Yaslarla bağlı çox detallara varırlar. Bəzən deyirlər ki, Aşura mərasimi də ləğv olunsun. Hazırda ölkəmizdə din çox pis formada təbliğ olunur. Aşuranın özü də ehsandır da.

- Doğrudanmı insanlar ehsan zəif olanda və ya verilməyəndə yas məclisinə gəlmirlər?

- Bizim insanlar ehsan verilməsinə alışıb, ona görə də ehsan zəif olanda gəlmək istəmirlər. Ehsan verməyən ailələrə pis baxırlar. Lakin ümumilikdə bu mərhumun yas mərasimlərində iştirakından, qohumlarından asılı olur. Adam var ki, vaxtı ilə məclislərə getməyib deyə onun da yasına heç kim gəlmir.

- Ehsan süfrəsində ən vacib qidalar hansılardır?

- Süfrə nə qədər sadə olsa, bir o qədər yaxşıdır. Halvanın yanında qoğal, cürbəcür konfetlər verilir. Onlar da yeyilmir, elə süfrələrdə qalır. Əsas olan çay, xurma və halvadır. Bəlkə halva da artıqdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://moderator.az
archiveBu xəbər 02 Sentyabr 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri