Icma.az
close
up
RU
Menu

ABB də pulu qalan müştərinin üsyanı

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

3 aylıq olanda nə baş veribsə xatırlayır

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

Ceyranbatanda toyda dava Biri komadadır

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

Hər havaya oynadıq ki...

Hər havaya oynadıq ki...

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Deyirəm ki, bəzi insanlar üçün heç nəyin təfavütü yoxdur. Bu yaxınlarda iştirak etdiyim toy mərasimində qarşılaşdığım mənzərə ilə bu qənaətimi bir daha təsdiqlədim. Sözsüz məni qınayanlar olacaq ki, geridə qalmışam. Qoy qınasınlar. Bu mövzuda heç “müasirləşmək” fikrində də deyiləm. Ona görə ki... Mən danışım, haqlı, haqsızı siz müəyyən edin. Müasir toylarımızda hamıya yaxşı məlumdur ki, diskoteka saatı və ya saatları olur. Fikir vermişəm ki, belə şənliklərdə toy əhlinin ən səbrsizliklə, anbaan gözlədiyi vaxt məhz diskotekadır. Diskoteka vaxtı çatdımı, bayaqdan bəri su səpilmiş dəyirman birdən elə işə başlayır ki, deyirsən bəs göydən yerə dəyirmandaşı düşür. Zalda bir canlanma yaranır ki, elə bil əsl toy indi başlayır.

Adətən gənclər düşürlər ortaya. Ərəb musiqisi türk, gürcü musiqisini, rus musiqisi ingilis, nə bilim ta hansı xalqların musiqilərini əvəz etdikcə, ortalıqdakıların çığırtıları, bitməyən enerjisi yerdə oturanların sönməsinə səbəb olur. Məni bu yazını yazmağa vadar edən həmin toyda isə mənzərə tamamilə başqa idi. İnanın, ortalıqda çox az sayda gənc var idi. Diskoteka saatının budəfəki qonaqları yaşı 40-50-dən yuxarı olanlar idi. Rəqs meydanındakı mənzərəni təsəvvür edin: əyilən, qalxan, qeyri-adi bədən hərəkətləri edən yaşlı adamlar... Şeytan suyunun təsiri ilə yaşına uyğun olmayan tərzdə hoppanıb-düşən kişilər... rəqs etdiyi musiqi ilə bədəninin kilosu bir-birinə zidd olan qadınlar... Gözlülər olsun, görməsin. Var gücləri ilə yerə döydükləri ayaqları musiqinin ahəngi ilə qarışıb yerdə əyləşənlərin beynində çatlayırdı.

Bu dəfə gənclər meydanı verdikləri böyüklərə kənarda dayanıb sadəcə əl çalır və gülümsəyirdilər, arada uğunanlar da olurdu, sözsüz ki... Əyləşənlərlə ortalıqdakılar arasındakı təfavüt o qədər bariz şəkildə idi ki... Mənə görə “Utanmasan oynamağa nə var ” atalar kəlamının yaranma anı idi bu meydan. Düşünürəm ki, biz çox təfavütlərə varmaya-varmaya bu günlərə gəlib çıxmışıq. Məsələn, toylarımızı kəndli-şəhərli birdəfəlik şadlıq saraylarına daşımışıq. Həyət toylarını lap çoxdan çevirmişik xatirələrə. Yaxşı, şəhərlərdə bu, deyirlər, başqa cür mümkün deyil. Bəs kəndlərimizdə? Axı kəndlərimizdə geniş həyəti olanlar da kilometrlərlə yol və vəsait xərcləyib rayon mərkəzlərində, şəhərlərdə toy etmək üçün restoran, şadlıq evlərinə üz tuturlar. Rahat olmaq, heç bir əziyyət çəkməmək üçün kredit götürüb illərlə nə əziyyətlə ödəməli olsaq da, restoranlarda toy edirik. Nədir, nədir ki, bir az artıq işləyəcəyik.

Təfavütünə varmadığımız bu məsələ görün nələrə səbəb oldu. Axı restoranlarda hər stulun qiyməti var. Ona görə başladıq evdən bir, uzağı iki nəfəri toylarımıza dəvət etməyə. Nə səbəbə? Çox pul xərcləməmək üçün. Nəticə etibarilə bu, ildən-ilə elə bir vəziyyətə gəlib çatdı ki, toylarımızdan uşaqlar biryolluq yığışıldı. Yeniyetmə, gənclərə məhdudiyyət qoyuldu. Belə oldu ki, əmiqızı, dayıoğlu, xalaqızı, bibioğlu bir-birilərinin toyunda çox az şəkildə iştirak edə bildilər. Bizim üçün təfavütü olmadı ki, toy kimi milli-mənəvi dəyərimizə vurduğumuz zərbə ilə nələri itiririk. Onsuz da toy kimi qədim mərasimin elçiliyindən tutmuş xınayaxdısına, parçabiçiminə kimi dəyişmişik, “müasirləşdirmişik”, hər kəs öz bildiyini yamaq edib ona.

Sonra nəyin təfavütünə varmadıq? Yuxarıda söylədiyim diskotekanın. Toylarımızın yaraşığı yallıların, kollektiv rəqslərin yerini yad musiqilərə verəndə bizim üçün təfavütü olmadı ki, ilahi, biz nə edirik. Gənclərimizi oturdub başa salmadıq ki, ay bala, hər çalınan havanı oynamaq olmaz. Bizim mentalitetimizə uyğun deyil bunlar. Yallılara köhnəlik əlaməti kimi baxdıq, kollektiv rəqsləri vaxtı ötmüş hesab etdik. Meydanı verdik xarici musiqilərə, gəncləri də aludə etdik o rəqslərə. Sonra da təfavüt etmədən özümüz düşdük ortalığa. Əl-ələ yapışıb yallı getməli yaşda olduğumuz halda əl-qol ata-ata yaşımıza layiq olmayan rəqsləri sərgilədik.

İndi çox təsadüfi toylarda yallı görmək olur. Adama çox xoş və doğma, eyni zamanda bir o qədər də qəribə gəlir bu rəqs- övladlarımızın əksəriyyətinin xəbəri olmayan, mənasını belə bilmədikləri rəqs. Hansısa bir intellektual yarışda iştirak edən 10 nəfər gəncdən biri “yallı nədir”,- sualına inanırsınız ki, doğru cavab verə, ya verməyə. Toy mərasimində gördüklərimdən və toyla bağlı xatırlamalarımdan sonra çox təəssüf hiss ilə dərin bir köks ötürərək bir suala cavab axtarıram: görəsən misal üçün Ərəbistanda, Rusiyada, Gürcüstanda, İngiltərədə və rəqslərinə doymadığımız digər ölkələrdə toy mərasimlərində Azərbaycan musiqisi ilə rəqs edən bircə nəfər varmı?..

Mətanət Məmmədova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 Yanvar 2026 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1097

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see594

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see341

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see318

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see317

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see316

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see310

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see268

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see242

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see217

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see197

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see196

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see196

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see193

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see189

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see189

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see188

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see180

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see175

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri