Toydan sonra həmin sənəd paylaşıldı Foto
Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
Dünyaşöhrətli futbolçu Kriştiano Ronaldo və onun həyat yoldaşı Corcina Rodriges nikah müqaviləsi imzalayıblar.
“Qafqazinfo” xəbər verir ki, sənədin fotosu sosial şəbəkələrdə yayılıb.
Sənəddə nəzərdə tutulur ki, hər bir tərəf nikahdan əvvəl sahib olduğu, eləcə də sonradan əldə etdiyi aktivlər üzərində mülkiyyət hüququnu qoruyub saxlayır. Bununla belə, əgər onlar hər hansı əşyanı birgə əldə etsələr, hər iki tərəf mülkiyyət hüququna malik olur. Boşanma halında isə aktivlərin bölgüsü həyata keçirilir.
Xatırladaq ki, avqustun 11-də Portuqaliyanın Kaşkayş şəhərində 41 yaşlı Ronaldo və 32 yaşlı Rodrigesin nikah mərasimi keçirilib.
Qeyd edək ki, Ronaldo və Rodriges 2017-ci ildən münasibətdədir. Cütlük həmin ilin əvvəlində münasibətlərini ictimaiyyətə açıqlayıb.
Cütlüyün beş övladı var. Onların birlikdə Alana və Bella adlı iki qızı, surroqat anadan isə Ronaldonun Kristiano Jr. adlı oğlu və Eva Maria ilə Mateo adlı əkizləri var.
Cütlük 2022-ci ildə Bella ilə birlikdə dünyaya gələn əkiz oğulları Anxelini itirdiklərini açıqlamışdı.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 14 Avqust 2026 18:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















