Toyundan 8 ay sonra şəhid olan Elvin Qayıbovun atası DANIŞDI: Zənglə danışarkən bizə bildirmirdi
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Televiziyada Aprel döyüşlərinin başladığını görürdük, amma zənglə danışarkən bizə bildirmirdi".
Bu sözləri Baku TV-yə müsahibəsində Aprel döyüşlərində şəhid olan Elvin Qayıbovun atası Sədrəddin Qayıbov deyib.
"Toyundan 8 ay sonra şəhid oldu. İki bacının bir qardaşı olub. Bizə deyərdi ki, məndən narahat olmayın. Elvinin yoldaşları tez-tez gəlirlər. Deyirdilər ki, biz onun hörmətini ömür boyu itirmərik".
Qeyd edək ki, Elvin Qayıbov 1989-cu ilin 26 dekabr günündə Xaçmaz rayonunun Əbilyataq kəndində anadan olub. Çavuş Elvin Qayıbov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub.
Aprelin 5-i isə Xaçmaz rayonunun Əbilyataq kəndində son mənzilə yola salınıb.
Elvin Qayıbov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
Ətraflı süjetdə:
Toyundan 8 ay sonra şəhid olan Elvin Qayıbovun atası DANIŞDI: "Zənglə danışarkən bizə bildirmirdi"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 03 Aprel 2025 02:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















