Toyuq əti ilə bağlı ŞAD XƏBƏR 2027 ci ilin ortalarınadək...
Icma.az, Bizim media portalına istinadən məlumat verir.
Xəbər verdiyimiz kimi kənd təsərrüfatının inkişafı haqqında yeni dövlət proqramı hazırlanıb. Dövlət proqramının hədəfi 2030-cu ilə qədər əksər kənd təsərrüfatı məhsullarına olan ehtiyacın yerli istehsal hesabına ödənilməsidir.
Maraqlıdır ki, hədəflər arasında quş ətinə olan tələbatın yaxın illərdə yerli istehsal hesabına ödənilməsi də var.
Bəs hazırda quşçuluqla bağlı vəziyyət necədir? Hədəfə nail olmaq üçün hansı addımlar atıla bilər?
Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli bildirib ki, qəbulu nəzərdə tutulan dövlət proqramında quşçuluğun inkişafı ilə bağlı bir neçə məqam var:
“Həmin məqamlardan biri də quşçuluğun inkişafı üçün kənd təsərrüfatı təyinatlı torpaqların təyinatının dəyişdirilməsinin sürətləndirilməsidir. Bu olduqca vacib amildir. Bildiyimiz kimi, quşçuluq fabriklərinin istifadəsində xeyli torpaq sahəsi var. Amma həmin torpaqların kənd təsərrüfatı təyinatlı olması yeni istehsal sahələrinin tikintisinə imkan vermir. Əgər istifadədə olan torpaqların təyinatı qısa müddətdə dəyişdirilsə, o zaman yeni istehsal sahələri yaradılacaq. Bunun hesabına 2027-ci ilin ortalarına qədər ölkəmizin quş ətinə olan daxili ehtiyacı yerli istehsal hesabına ödəniləcək. Hətta quş ətinin ixracı üçün də imkanlar yaranacaq”.
Surxay Atakişiyev, Bizim.Media
Baxış sayı:111
Bu xəbər 17 İyun 2026 13:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















