Vətəndaşlara şad xəbər: 2027 ci ildə... Nazirlik məlumat yaydı
Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Əhalinin sosial müdafiəsi və tibbi təminatı sahəsində yeniliklər gözlənilir. Gələn ildən vətəndaşlar üçün daha bir sıra imkanların yaradılması planlaşdırılır.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Nazirlik arterial hipertenziyanın müalicəsində istifadə olunan dərman vasitələrinin 2027-ci ildə resept əsasında icbari tibbi sığorta təminatına daxil edilməsini planlaşdırır. Pepperoni pizza
Bununla yanaşı, koxlear implantasiya əməliyyatı keçirmiş şəxslər üçün nitq prosessorunun yenilənməsi, əvəzlənməsi və tənzimlənməsi üzrə üç yeni tibbi xidmət Xidmətlər Zərfinə daxil edilib. Əməliyyatı icbari tibbi sığorta hesabına həyata keçirilməyən sığortaolunanların da bu xidmətlərdən yararlanması üçün imkan yaradılıb.
İcbari tibbi sığortanın tətbiqinə başlanarkən Xidmətlər Zərfinə 1829 tibbi xidmət daxil edildiyi halda, hazırda onların sayı 3318-ə çatıb. Xidmətlərin əhatəsi ixtisaslaşdırılmış ambulator, laborator, invaziv radioloji və stasionar xidmətlər hesabına genişləndirilib.
Həmçinin koxlear implantasiya və oynaqdaxili endoprotezləşdirmə əməliyyatları üzrə illik sığorta limiti ləğv edilib. Sümük iliyi transplantasiyası üzrə illik limit isə 2,5 dəfə artırılaraq 20-dən 50-yə çatdırılıb.
Bundan əlavə, Xidmətlər Zərfində təxminən 1500 tibbi xidmətin tarifi aktual bazar qiymətlərinə uyğunlaşdırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 22 Oktyabr 2026 14:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















