TRACECA nın yeni baş katibi: Azərbaycan Orta Dəhlizin inkişafında əsas aktor olaraq qalacaq
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Astana, 15 may, AZƏRTAC
Azərbaycan Orta Dəhlizin inkişafında əsas aktor olaraq qalacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə TRACECA Hökumətlərarası Komissiyasının (HK) Daimi Katibliyinin yeni baş katibi və Özbəkistanın nəqliyyat nazirinin müavini Casurbek Çoriyev Astanada keçirilən 18-ci HKK TRACECA iclasının yekunları ilə bağlı jurnalistlərə bildirib.
“Biz Azərbaycansız keçinə bilmərik. Bütün yollar Azərbaycandan keçir - bunlar əsas limanlardır. Azərbaycanın töhfəsi hər il artır”, - deyə o vurğulayıb.
Çoriyevin sözlərinə görə, özəl sektor və Azərbaycan hökuməti infrastruktura böyük investisiyalar yatırır. O, həmçinin Ələtdə yeni aeroportun tikildiyini qeyd edib.
Yeni baş katib TRACECA ilə digər nəqliyyat təşkilatları və forumları arasında sıx əməkdaşlığın qurulmasının vacibliyini, eləcə də vacib infrastruktur layihələrinin maliyyələşdirilməsi üzrə bank sektorunun və özəl kapitalın cəlb edilməsinin zəruriliyini də vurğulayıb.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:177
Bu xəbər 15 May 2026 14:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















