“Traktor”dan SƏRT BƏYANAT: “İrandakı milyonlarla türk müsəlman deyilmi?”
Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.
Təbrizin məşhur "Traktor" futbol klubunun sosial şəbəkə səhifəsində İrandakı milli diskrıminasiya və asimilyasiya siyasətini ifşa edən kəskin bəyanat yayılıb.
“Yeni Sabah” xəbər verir ki, açıqlamada müsəlman ölkələrində baş örtüyü məsələsinin gündəmə gətirildiyi, lakin İranda 40 milyona yaxın türkə qarşı yürüdülən türk düşmənçiliyinə sükut göstərildiyi bildirilib.
Bəyanatda 100 ildən artıqdır ki, İranda məktəblərdə ana dilində təhsilin qadağan edildiyi, övladlara türkcə ad verilməsinə, eləcə də şirkət və mağazalara türkcə adların qoyulmasına imkan verilmədiyi diqqətə çatdırılıb: pizza sifarişi
"Yalnız fars və ərəb dilləri keçərlidir. Hətta prezidentin belə öz ana dilində danışmasına çətinliklə icazə verilir. Müsəlman insanların hüquqları və insanlıq sizin üçün bu qədər önəmlidirsə, İrandakı milyonlarla türk müsəlman deyilmi? Niyə mövzu İran olunca sükut edirsiniz?!"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 14 Oktyabr 2026 17:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















