Icma.az
close
up
RU
KÖMƏK ƏVƏZİNƏ SƏRT BƏYANAT “Moskva İrandakı müharibədən faydalanır”

KÖMƏK ƏVƏZİNƏ SƏRT BƏYANAT “Moskva İrandakı müharibədən faydalanır”

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ və İsrail İrana qarşı hücuma başladıqdan sonra Rusiya əsasən kənarda qaldı və Kremlin heç bir açıqlamasında ABŞ Prezidenti Donald Trampın adı çəkilmədi. Eləcə də Rusiyanın İranın müdafiəsinə qalxmasına dair heç bir əlamət görünmədi.

İranla Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsinə baxmayaraq, Moskva Yaxın Şərqdəki əsas tərəfdaşına kömək etmək üçün heç bir əhəmiyyətli addım atmayıb.

“AzPollitika” xəbər verir ki, “Foreign Affairs”-də dərc edilən yazıda belə deyilir və qeyd olunur ki, İran nümunəsi artıq Rusiya üçün tanışdır: “Rusiya dostlarının köməyə ehtiyacı olanda yalnız sərt bəyanatlar verir və başqa heç nə etmir”.

Yazıda bildirilir ki, məsələn, Rusiya 2023-cü ilin sonlarında “müttəfiqi Ermənistanla Azərbaycan arasındakı qısamüddətli müharibəyə müdaxilə etmədi”: “Bir il sonra Moskva üsyançı qüvvələrin Dəməşqdə Bəşər Əsəd rejimini devirməsinə icazə verdi. Son bir il ərzində ABŞ İranın hərbi bazalarını və raket zavodlarını bombalayıb. Onlar İranın yüksək vəzifəli rəsmilərini öldürüb və Moskvanın Latın Amerikasındakı əsas tərəfdaşı olan Venesuela Prezidenti Nikolas Maduronu Rusiyanın demək olar ki, heç bir müdaxiləsi olmadan qaçırıblar”.

Nəşr qeyd edir ki, bütün bu hallar Rusiyanın qlobal hadisələrə təsir etmək qabiliyyətinin məhdud olduğunu ortaya qoyur. Lakin Moskva Tehranı dəstəkləməsə də, Rusiya İranda davam edən müharibənin gözlənilməz nəticələrindən və ikinci dərəcəli təsirlərindən faydalana bilər: "Rusiya tərəfdaşlarını qoruya bilməsə də, strateji geriləmələrə məharətlə uyğunlaşır və onlardan mühüm taktiki faydalar əldə edir. Belə ki, ABŞ İranda Ukraynaya lazım olan hava hücumundan müdafiə sistemlərini və dəqiq idarə olunan sursatları xərcləyir. “Patriot” raketləri və uzaqmənzilli zərbə silahları məhduddur və İsrailə, Körfəz ölkələrinə ayrılan vəsait Kiyev üçün əlçatan olmayacaq. Lakin Rusiya üçün daha böyük fayda enerji qiymətlərinin artmasıdır.

Hörmüz boğazının bağlanmasının yaratdığı çatışmazlıq neft qiymətlərini artırır və Rusiya büdcəsi üçün əlavə gəlir təmin edir. Fars körfəzi həmçinin mayeləşdirilmiş təbii qazın əsas təchizatçısıdır; regiondan ixracın kəskin azalması Rusiyanın, xüsusən də Asiyada öz mayeləşdirilmiş təbii qazını satmasına kömək edir... Daha yüksək enerji qiymətləri Rusiya neft və qazını əvəzolunmaz hala gətirəcək”.

Məqalədə qeyd olunur ki, Avropa və Amerika siyasətçiləri bundan sonra çətin bir seçimlə qarşılaşacaqlar: iqtisadi xərclərin artması ilə Rusiyaya qarşı sanksiya təzyiqini davam etdirmək, yoxsa mövqelərini yumşaltmaq.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 16 Mart 2026 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see313

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see305

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see272

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see253

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see253

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see251

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see236

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see233

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see229

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see210

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see208

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see208

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see207

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see206

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see205

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see202

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see197

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see196

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see186

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri