“Tramp 1 saatda 7 yalan açıqlama verdi...“
Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
İran Parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf dünən gecə sosial mediada yazıb ki, ABŞ prezidenti bir saat ərzində yeddi yalan bəyanat verib.
Moderator.az-ın xarici mediaya istinadla verdiyi xəbərdə belə deyilir.
Qalibafın sözlərinə görə, ABŞ "bu yalanlarla müharibəni qazana bilməyib və danışıqlarda heç nəyə nail olmayacaqlar".
İran parlamentinin spikeri qeyd edib ki, "blokada davam edərsə, Hörmüz boğazı açıq qalmayacaq. Hörmüz boğazından keçid "təyin olunmuş marşrut" və "İranın icazəsi ilə" həyata keçiriləcək. Boğazın açılması və ya bağlanması və qaydaları sosial şəbəkələrdə deyil, yerində qərarlaşdırılacaq".
O əlavə edib ki, "informasiya müharibəsi və ictimai rəyin manipulyasiyası müharibənin vacib hissəsidir və İran xalqı bu hiylələrə uymayacaq".
O qeyd edib ki, "Danışıqlar haqqında əsl və etibarlı xəbərləri Xarici İşlər Nazirliyinin rəsmi sözçüsünün son müsahibəsində oxuya bilərsiniz".
S.Laçın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 18 Aprel 2026 09:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















