Tramp 2032 ci ildə yenidən prezident seçilə bilər İlon Mask
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Amerikalı milyarder və ABŞ Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask 2032-ci ildə Donald Trampın yenidən ABŞ prezidenti seçilə biləcəyini istisna etmir.
Redaktor.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə platforması X-də paylaşım edib.
“İrəli düşün!” – Mask “2032” başlığı ilə Tramp tərəfdarının qırmızı papağını əks etdirən paylaşıma cavabında yazıb.
Qeyd edək ki, hazırda ABŞ Konstitusiyası prezidentin iki müddətdən artıq seçilməsinə icazə vermir. Bundan əlavə, 2032-ci ildə Trampın yaşı artıq 86 olacaq.
Aytəkin TOFİQQIZI

İlon Mask prezident olacaq?
02 May 2025 20:36
Tramp: İlon Mask əslində getmir
31 May 2025 11:06
Mask 2032 ci il ABŞ prezident seçkiləri barədə öncədən düşünməyə çağırıb
25 Aprel 2025 12:06
İlon Mask Tramp Administrasiyasından istefa verdi
01 May 2025 07:28
Tramp: İlon Mask məni çox sevir
12 İyun 2025 22:06

