Icma.az
close
up
RU
Tramp ABŞ a girişi məhdudlaşdırır: daha səkkiz ölkə hədəfdə...

Tramp ABŞ a girişi məhdudlaşdırır: daha səkkiz ölkə hədəfdə...

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

On iki ölkə vətəndaşlarının ABŞ-a girişini qadağan edən ilkin səyahət qadağasından sonra Donald Tramp siyahıya daha səkkiz ölkə əlavə edib.

Bakıvaxtı.az "capital.fr"ə istinadən xəbər verir ki, Amerika prezidenti ölkəni daha təhlükəsiz etmək istədiyini deyir. Ötən il, iyunun əvvəlində Donald Tramp ilk səyahət qadağasını verərək, sərt zərbə vurdu, on iki ölkədən ABŞ-a girişi qadağan etdi və yeddi ölkədən girişi məhdudlaşdırdı. Həmin vaxt D.Tramp bildirmişdi: "Biz onları istəmirik". "Le Parisien" qəzetinin məlumatına görə, son həftələrdə ciddi tənqidlərlə üzləşən Amerika prezidenti bu siyahını daha yeddi ölkəyə - Burkina Faso, Niger, Mali, Cənubi Sudan, Suriya, Laos və Syerra-Leoneyə qədər genişləndirir ki, son iki ölkə iyun ayından bəri viza məhdudiyyətlərinə məruz qalıb.

Əldə edilən məlumata görə, bu qadağa bütün Fələstin vətəndaşlarını da əhatə edir. Ağ Ev izah edib ki, Prezident Tramp ABŞ-ın təhlükəsizliyini qorumaq üçün xarici vətəndaşların girişini daha da məhdudlaşdıran bir fərman imzalayıb. Suriya xüsusilə İŞİD-in iki Amerika əsgərinin və bir mülki şəxsin ölümünə səbəb olan ölümcül hücumuna görə hədəfə alınıb. Çünki Donald Tramp "Biz qisas alacağıq" vədini vermişdi .

Donald Trampın diqqət mərkəzində bir çox Afrika ölkəsi var.

9 iyun tarixində Amerika prezidenti ölkəni xarici terrorçulardan qorumağın vacibliyini qeyd edib və Yəmən, Sudan, Liviya, Somali, Birma, Əfqanıstan, Çad, Konqo Respublikası, Ekvatorial Qvineya, Eritreya, Haiti və İrana girişi qadağan edib. Burundi, Kuba, Laos, Syerra-Leone, Toqo, Türkmənistan və Venesuela viza məhdudiyyətlərinə məruz qalıb. İyun ayının sonlarında "Washington Post" qəzeti siyahının daha da uzun olacağını və Afrika ölkələrinin əksəriyyətinin hədəf alınacağını açıqlayıb. Ümumilikdə 36 ölkə (onlardan 25-i Afrikadadır)  D.Trampın hədəfindədir.

Aydın Baxış  

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 10 Fevral 2026 08:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see462

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see405

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see403

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see304

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see291

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see285

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see283

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see280

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see271

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see267

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see249

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see244

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see243

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see239

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see238

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see238

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see237

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see235

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see232

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see230
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri