Icma.az
close
up
RU
Tramp ABŞ dakı rus mühacirləri deportasiya edir Kanadadan kömək istəyirlər

Tramp ABŞ dakı rus mühacirləri deportasiya edir Kanadadan kömək istəyirlər

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiyalı müxalifətçilər – Vladimir Kara-Murza, Yuliya Navalnaya və İlya Yaşin Kanadanın Baş naziri Mark Karniyə müraciət edərək, ABŞ-dan deportasiya təhlükəsi ilə üzləşən müxalif rusiyalıların qəbul edilməsini xahiş ediblər. Onlar Kanadanı immiqrasiya siyasətində humanizm nümayiş etdirməyə çağırıblar.

İlya Yaşin bildirib ki, hazırda ABŞ-da sığınacaq istəyən müxalif ruslar üçün vəziyyət ağırdır və getdikcə daha da pisləşir. Onun sözlərinə görə, Tramp administrasiyası dövründə ABŞ-da sığınacaq müraciətləri rədd edilən və qeyri-qanuni hesab edilən miqrantların, o cümlədən rusların deportasiyası artıb.

Xəbərlərə əsasən, son vaxtlar onlarla rusiyalı ABŞ-dan Misir vasitəsilə hava yolu ilə Rusiyaya deportasiya olunub. Yaşin yazır: “Putinin həbsxanasından qaçan bir çox soydaşımız ABŞ-ın immiqrasiya həbsxanalarına düşüb”. O, Rusiyaya deportasiya edildikdən sonra həbs olunan müxalif fəal Leonid Meloxinin hadisəsini xatırladaraq əlavə edib: “İnsanları Amerikadan sadəcə deportasiya edirlər. Bu, onların həyatı üçün ciddi təhlükələr yaradır”.

ABŞ-dən deportasiya edilən başqa bir fəal – Aleksandr Qudunun hekayəsi sosial şəbəkələrdə geniş müzakirə olunub. O, İstanbulda təyyarəsini dəyişdirərək üçüncü ölkəyə uçmağa müvəffəq olub. Yaşin qeyd edir ki, bəzən belə hallarda deportasiya olunan şəxsləri üçüncü ölkələrdə təyyarələrdən endirmək mümkündür, lakin bu sahədə ABŞ hakimiyyəti ilə hələ sistemli dialoq qurulmayıb.

Müxalifət liderləri Kanadanı ABŞ-dən deportasiya olunan, müharibəyə qarşı çıxan və müxalif fəaliyyəti şübhə doğurmayan ruslara sığınacaq verməyə çağırır. Onlar Kanadadakı ABŞ səfirliyində bu şəxslərin müraciət edə biləcəyi xüsusi işçi qrupun yaradılmasını da təklif ediblər.

İlya Yaşinin bu təşəbbüsü ilə bağlı Kanadanın aparıcı nəşrlərindən biri olan “The Globe and Mail” məlumat yayıb. Hazırda Kanada rəsmilərindən bu məsələyə dair heç bir rəsmi reaksiya verilməyib.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 03 Sentyabr 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri