Tramp: ABŞ və İran arasında danışıqlar yaxın iki gün ərzində bərpa oluna bilər
Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ və İran arasında danışıqlar yaxın iki gün ərzində bərpa oluna bilər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "The New York Post" nəşrinə müsahibəsində bildirib.
O, yaxın vaxtlarda Vaşinqton və Tehran arasında danışıqların növbəti raundunun İslamabadda keçirilməsi ehtimalının yüksək olması ilə əlaqədar xarici media jurnalistlərini orada qalmağa çağırıb.
"Sizin orada qalmağınız məsləhətdir, çünki yaxın iki gün ərzində nəsə baş verə bilər və biz danışıqları məhz orada keçirməyə daha çox meylliyik", - Tramp jurnalistlərə müraciət edərək deyib.
ABŞ lideri qeyd edib ki, Pakistanın hərbi rəhbərliyinin, xüsusən də feldmarşal Asim Munirin rolu sayəsində danışıqların Pakistanın paytaxtında davam etdirilməsi daha çox ehtimal olunur: "Bu, daha inandırıcıdır, bilirsiniz niyə? Çünki feldmarşal əla iş görür", - o bildirib.
Tramp həmçinin vurğulayıb ki, bu məsələyə aidiyyəti olmayan ölkədə danışıqların keçirilməsini məqsədəuyğun hesab etmir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 14 Aprel 2026 20:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















