Icma.az
close
up
RU
Tramp administrasiyası kənardan sülhə dəstək verir, bu, Azərbaycan üçün məqbuldir Deputat

Tramp administrasiyası kənardan sülhə dəstək verir, bu, Azərbaycan üçün məqbuldir Deputat

Icma.az bildirir, 525.az portalına istinadən.

Azərbaycan Prezidentinin rəhbərliyi ilə müəyyən edilən siyasi  xətt ölkəmizin suverenliyini, müstəqilliyini möhkəmləndirməklə davamlı şəkildə irəli aparılır. Dövlət başçısı Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunda qeyd edilən siyasi xətti bir daha açıq şəkildə ortaya qoydu.

Bu barədə 525.az-a Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

Onun sözlərinə görə, forumda verilən mesajlardan məlum oldu ki, Ermənistanla danışıqlarda irəliləyiş mümkündür, sülh sazişi mətni paraflana bilər, amma bunun üçün İrəvan Minsk qrupunun fəaliyyətinə xitam verilməsi üçün birgə müraciətin edilməsi tələbini yerinə yetirməlidir. Yəni, müraciət ayrı-ayrılıqda göndərilməlidir, amma mətn eyni olmalıdır ki, sonradan mübahisələr üçün yer qalmasın, ermənipərəst qüvvələr bundan istifadə edib, maneələr yaratmağa çalışmasınlar.

“Düşünürəm ki, bu addımın atılması gözlənilir, cənab Prezident söylədi ki, iki məsələ paralel şəkildə həllini tapmalıdır. Zəngəzur dəhlizi ilə bağlı ermənilər hoqqabazlıqla məşğuldur. Ermənistan Amerika şirkətini, yaxud kimi istəyir gətirsin, dövlət başçısı bəyan etdi ki, bizim ərazidə heç bir operator, heç bir ticarətçi, heç bir icarədar ola bilməz. Sabah Ermənistan istənilən ölkəni, tərəfi də dəvət edə bilər. Sadəcə olaraq bizim tələbimiz Ermənistana yönəlib. Ora kimi gətirəcək, özü bilər, istər ABŞ şirkəti olsun, istər Rusiya sərhədçiləri olsun, bizim tələbimiz Ermənistanadır - Azərbaycandan Azərbaycana maneəsiz və təhlükəsiz keçidimiz olmalıdır. Bu olmayınca, Ermənistanla hər hansı kommunikasiyaların açılmasından söhbət gedə bilməz. Burda təkrar nəsə axtarmağın mənası yoxdur”.

ABŞ-la bağlı səsləndirilən fikirlərə toxunan deputat deyib ki, Birləşmiş Ştatların yeni administrasiyası ilə Azərbaycanın işgüzar münasibətləri olduqca önəmlidir: “Yada salmaq istəyirəm ki, Bayden administrasiyası zamanında az qala hər 2-3 aydan bir Dövlət Departamentinin təlimatı ilə Konqres Azərbaycana qarşı dinləmələr keçirirdi, hansısa qərarlar qəbul olunurdu. İndi bütün bunların hamısı aradan qaldırılıb. Azərbaycan ABŞ ilə olduqca praqmatik münasibətlər qurub və bu, ölkəmiz üçün çox faydalıdır”.

Politoloq hesab edir ki, Tramp adminisytasiyasının Azərbaycan-Ermənistan sülh prosesinə fərqli yanaşması var: “Bayden administrasiyası  və dövət katibi Blinken vasitəçilik etmək və öz gündəliyini irəli aparmaq istəyirdi. Tramp adminstrasiyası isə araya girmir, kənardan sülhə dəstək verir. ABŞ liderinin bu yanaşması Azərbaycan üçün məqbuldir və bunu alqışlayır. ABŞ administrasiyasından Azərbaycan-Ermənistan danışıqlarına dəstək verilir, ümid ifadə olunur ki, yaxın zamanda sülh sazişi bağlanacaq, ancaq burda hər hansı məcburetmə, nəyi necə edin demək yoxdur”.

Politoloq vurğulayıb ki, Prezident Ukrayna məsələsinə də toxundu, Azərbaycanın prinsipial mövqeyini bir daha bəyan etdi: “İndi Rusiyada bəziləri buna görə hay-küy qaldırıblar. Prezident İlham Əliyev İki il əvvəl də bildirmişdir ki, ərazi bütövlüyü mütləq şəkildə təmin olunmalıdır. Azərbaycan öz ərazilərinin işğalı ilə heç vaxt barışmadı. Baxmayaraq ki, atəşkəs elan olunmuşdu, ancaq mübarizə davam edirdi və görəndəki ədalətsiz yanaşma mövcuddur, öz hüququndan istifadə edib, güc yolu ilə torpaqlarını işğaldan azad etdi. Ukraynaya da tövsiyə olunur ki, heç zaman işğalla barışmayın. Rusiyada kimlərsə nəsə axtarırlarsa, özləri billrlər, reallqıda isə Azərbaycan beynəlxalq hüquq çərçivəsində mövqe səsləndirib. Azərbaycanın mövqeyi öz yerində, axı dünya dövlətlərinin də mütləq əksəriyyəti bu mövqedədirlər. Ona görə də kimsə bu cür məsələlərdə Azərbaycana nəsə deyirsə, cavabını da alır”.

Deputat Rusiyanın Azərbaycan mülki təyyarəsinin vurulması ilə bağlı öhdəliklərini yerinə yetirməməsini inadkarlıq hesab edir: “Malayziya təyyarəsini vurdular, geri çəkilmədilər, Polşa Prezidenti Lex Kaçinskinin təyyarəsi müəmmalı şəkildə qəzaya uğradı. İndi də eyni yanaşmanı ortara qoymaq istədilər, amma Azərbaycan bunu qəbul etmədi. Rusiyanın bu yanaşması əslində ikitərəfli münasibətlərə mənfi təsir göstərir. İki qonşu dövlət mütləq deyil ki, çox sıx əlaqə saxlasınlar. Rusiyanın bu yanaşması gətirib ona çıxaracaq ki, tərəflər arasında soyuqluq daha da artacaq. O ki qaldı Azərbaycanın beynəlxalq qurumlara müraciət etməsinə, bu, bizim hüququmuzdur. Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiya var.

Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) yarım ildən sonra hesabatı gələcək. Rusiya o hesabatı qəbul etməyib, yenə də  özünəməxsus şəkildə davranmağa başlasa, Azərbaycanın arbitraja  müraciət etmək hüququ var və biz bundan istifadə edəcəyik. Proses uzana bilər, amma bu o demək olacaq ki, Rusiyanın seçimi münasibətlərin pisləşməsidir. Heç kim Rusiyanın yekəxana münasibəti ilə barışmaq, onun qarşısında baş əymək fikrində deyil. Azərbaycan özünə hörmət edir və eyni münasibəti Rusiyadan da gözləyir. Rusiyanın normal münasibətləri, qonşuluq münasibətlərini qoruyub saxlaya bildiyi ölkələrin sayı elə də çox deyil. Onu pozmaq istəyirsə, bu bizim seçimimiz deyil, Rysiya rəhbərliyinin seçimi olacaq”.

Foruma olan maraq, Azərbaycan liderinin fikirlərinin dünya gündəminə çevrilməsinə gəlincə, deputat söyləyib ki, Azərbaycan uğurlu dövlətdir, öz çəkisində söz sahibidir. Hamının diqqətini cəlb edir, Azərbaycan bu gün çox vacib bir oyunçuya çevrilib: “Bizim təsirlərimiz bu gün regiondan da kənara çıxır. Yaxın Şərqlə bağlı, Türkiyə-İsrail münasibətlərini nizamlamaq üçün Azərbaycan təşəbbüslə çıxış edir, Suriya-İsrail münasibətlərini nizamlamaq üçün Azərbaycan danışıqlar məkanı olaraq seçilir. Ölkəmizin Ukrayna ilə bağlı da sözü eşidilir. Türk birliyinin aparıcı dövətlərindən biridir, Qoşulmama Hərəkatında mühüm rolu var. Fransa 4-5 dəfə cəhd etdi ki, BMT-nin Təhlükəsizlik Şurasında bizə qarşı hansısa bəyanat, qərar qəbul etdirsin, amma bacarmadı. Yeni Kaledoniya ilə bağlı Fransanı demək olar ki, küncə sıxışdırdıq. Bunların hamısını müşahidə edirlər, görürlər, Azərbaycan Prezidentinin sözü dünya üçün çox əhəmiyyətlidir. Cənab Prezidentin hər bir tezisi başlıqlara çıxır. Bu, Azərbaycan üçün, ölkəmizin mövqeyinin irəli aparmaq üçün olduqca əhəmiyyətlidir”.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://525.az
archiveBu xəbər 23 İyul 2025 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see228

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see212

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see197

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see175

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see152

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see137

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see137

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri