Icma.az
close
up
RU
Tramp Ağ Evə girən kimi ABŞni ÜSTdən çıxaracaq, dünyanı “qara gün”ə qoyacaq

Tramp Ağ Evə girən kimi ABŞni ÜSTdən çıxaracaq, dünyanı “qara gün”ə qoyacaq

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Trampın iqtidar komandası ABŞ-nin Ümumdünya Səhiyyə Təşkilatından çıxmasını yanvarın 20-də, inauqurasiya günü elan etmək niyyətindədir.

Turkustan.az xəbər verir ki, bu barədə “The Financial Times” qəzeti yazıb.

Nəşr Trampın keçid komandasının yeni administrasiyanın ilk günündə ABŞ-ı Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxarmaq niyyətində olduğunu yazıb və qeyd edib ki, ekspertlərin fikrincə, bunun qlobal sağlamlıq üçün “fəlakətli” nəticələri olacaq.

Trampın komandasının üzvləri ekspertlərə bildiriblər ki, onlar təşkilatdan çıxacaqlarını yanvarın 20-də yeni prezidentin andiçmə mərasimi günü elan etməyi planlaşdırırlar. Qəzet qeyd edir ki, bu addım ÜST-ü ən böyük maliyyə mənbəyindən məhrum edəcək və onun koronavirus pandemiyası kimi sağlamlıq böhranlarına cavab vermək qabiliyyətinə əhəmiyyətli dərəcədə mane olacaq.

“Amerika qlobal səhiyyə liderliyində və maliyyələşdirmədə böyük bir boşluq yaradacaq. Mən bu boşluğu doldura biləcək birini görmürəm”, - Corctaun Universitetinin qlobal sağlamlıq professoru Lourens Qostin deyib.

Qostinin fikrincə, Birləşmiş Ştatlar ÜST-dən çıxsa, Avropa ölkələri maliyyə paylarını artırmayacaqlar, Çin isə əksinə, öz təsirini artırmağa cəhd edə bilər.

"Bu, ağılsız addım olardı, çünki nəticədə liderlik Çinə keçəcək", - alim təxminin dilə gətirib.

Louens Qostin onu da deyib ki, ÜST elmi işçilərini əhəmiyyətli dərəcədə ixtisar etmək məcburiyyətində qalarkən fövqəladə hallara cavab verməkdə çətinlik çəkəcək.

Qeyd edək ki, ABŞ ÜST-ün ən böyük donorudur. 2022-23-cü illərdə ABŞ-nin təşkilata ayırdığı vəsair onun maliyyəsinin təxminən 16 faizini təmin edib. 2020-ci ildə Tramp ÜST-ü Çinin təsirinə düşməkdə günahlandıraraq təşkilatdan çıxmaq prosesinə başlamışdı, lakin bu proses tamamlanmayıb. Trampın varisi Co Bayden 2021-ci ildə prezidentliyinin ilk günündə ÜST ilə əlaqələri bərpa edib.

Mütəxəssislər Trampın komandasının bu dəfə çox sürətli hərəkət etməyi planlaşdırdığını, heç bir gecikmə olmadan çıxış prosesinə başlayacağını bildiriblər.

FT-nin məlumatına görə, bu xüsusda Trampın komandası daxilində fikir ayrılıqları var: bəziləri hesab edir ki, ÜST-də qalıb təşkilatda islahat aparmağa cəhd etmək daha yaxşı olardı, lakin indi münasibətlərin tamamilə kəsilməsinin tərəfdarları üstünlük təşkil edir. /Musavat.com/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 23 Dekabr 2024 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri