Icma.az
close
up
RU
Tramp ailəcanlı prezidentdir

Tramp ailəcanlı prezidentdir

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ lideri ailə təsisatına böyük önəm verir

“ABŞ-də mənəvi dəyərlər aşılanır”. Bu ifadə Amerikada müxtəlif illərdə aparılan ictimai rəy sorğularının nəticələrində tez-tez qeyd olunur. Məsələn, “Gallup” ictimai rəy institutunun 2017-ci ildə dərc etdiyi araşdırmada da məhz bu nəticə öz əksini tapmışdı. O zaman rəy sorğusunun nəticələri göstərmişdi ki, amerikalıların 77 faizi Amerika cəmiyyətində etik dəyərlərin keçmişlə müqayisədə aşağı düşdüyü qənaətindədir. Ötən müddət ərzində də bu məsələ ilə bağlı vəziyyətdə ciddi dəyişiklik müşahidə olunmur. Belə ki, 2024-cü ildə amerikalı siyasətçi Ben Karson “Fox News” televiziyasına müsahibəsində bildirmişdi ki, ABŞ-də ənənəvi dəyərlər və ailə institutu yoxa çıxır. 

“ABŞ-də ailə həm fərdi cəmiyyətin, həm də bütövlükdə cəmiyyətin əsaslandığı əsas elementdir. Adətən, bu dəyərlər ailə daxilində aşılanır, amma məsələ ondadır ki, insanlar onları bu və ya digər mənbədən alırlar”, – amerikalı siyasətçi Ben Karson belə düşünür. Onun sözlərinə görə, hazırda ABŞ cəmiyyətindəki vəziyyət belədir ki, dəyərlər artıq ənənəvi ailədə mənimsənilmir, onlar ancaq internetdən, sosial şəbəkələrdən, küçədəki dostlardan alınır və bir vaxtlar bizi böyük edən dəyərlər indi dağılır: “İnancımız, cəmiyyətə, azadlığa, həyata dəyər verən inanc sistemimiz bir növ kənara atılır. Nəticədə, deqradasiyanı görürük”.
Ailə dəyərlərinin təhlükəli zolağa düşdüyünü Donald Tramp da yaxşı görür. O, hələ 2016-cı ildə seçicilərinə müraciətində demişdi ki, evlilik və ailə xoşbəxtliyin və uğurun təməlidir: “Mən gözəl ailələri olan bir çox uğurlu insanları tanıyıram. Bu, puldan çox önəmlidir, insanlar, mənə inanın”. Cənab Tramp indi də eyni sözlərini təkrarlayır. ABŞ-nin yeni prezidenti bəyan edir ki, Amerika rəsmi olaraq iki cinsin – kişi və qadın siyasətini həyata keçirəcək. Arizonada keçirilən “Turning Point” konfransında o, birmənalı şəkildə bildirdi ki, yeni administrasiya demokratlar dövründə geniş yayılmış transgender dəliliyinə və digər hadisələrə son qoymaq niyyətindədir. 
Bundan başqa, Tramp uşaqların cinsi mutasiyasına son qoyacağını və transgenderləri ordudan, eləcə də ibtidai, orta və liseylərdən kənarlaşdıracağını vəd edir. Ekspertlərin sözlərinə görə, yeni prezidentin sözləri belə deməyə əsas verir ki, qeyri-ənənəvi cinsi münasibətlərin davamlı və mütəmadi təbliğatı, “düşünülmüş” cinslərin meydana çıxması, onların nümayəndələrinin ABŞ strukturlarında işləmək üçün ayrılan kvota əhəmiyyətini itirir. Donald Trampın bu mövqeyi Qərbdə və dünyanın qalan hissəsində liberal və mütərəqqi ideologiya elementlərinin müasir mədəniyyətin yeni cərəyanları şəklində təbliği deməkdir. Bəs “Qoca qitə”də də eyni tendensiyanı müşahidə edə biləcəyəkmi? Hələlik, Avropanın bir çox ölkəsində Trampın ideyalarına dirəniş göstərmək istəyi müşahidə olunur.
Bu bir həqiqətdir ki, ABŞ-də fərdi etikanın və ailə dəyərlərinin tənəzzülü ölkədə sosial əxlaqa ciddi təsir göstərir. Hazırda ABŞ məhbusların sayına görə dünyada liderdir–2 milyon şəxs həbsxanalarda cəzalarını çəkirlər. Ağ evin saytında deyildiyi kimi, ABŞ məhbuslarının əksəriyyəti “people of color” (rəngli insanlar) və ya sadəcə olaraq qeyri-ağ irqdən olan insanlardır. Şərti cəzaya məhkum olunanların sayı isə daha çoxdur. Bu vəziyyət yeniyetmələr və gənc amerikalılar arasında daha pisdir. Halbuki Amerika tarixçilərinin və sosioloqlarının bununla bağlı qeyd etdikləri kimi, 1950-ci illərdə Amerika cəmiyyətinə bötüvlük hissi nüfuz etmişdi, cəmiyyət qarşısında məsuliyyət hissi yaranmışdı. Bu, Böyük Depressiyanın sarsıntılarından və İkinci Dünya Müharibəsi zamanı verilən fədakarlıqlardan sonra sabitlik istəyindən irəli gəlirdi. Müharibədən sonrakı onillikdə ənənəvi dəyərlərə qayıdış baş verdi, onun çərçivəsində ailə və ailə münasibətləri əsas sosial instituta çevrildi. 
O illərdə məhz ailə münasibətləri sistemində kişilər evə qazanc gətirən şəxs rolunu oynayır, qadınlar isə işləsələr belə, əsas vəzifələrini daha çox evdə ailə üzvlərinə qayğı göstərməkdə görürdülər. Həmin dövrdə televiziyadan geniş istifadə “Amerika cəmiyyətində uyğunluğun sosial həyatın dominant norması kimi bərqərar olmasına kömək etdi”. Eyni zamanda, televiziya gənc və yaşlı nəsil üçün foruma çevrildi və burada ümumi qəbul edilmiş sosial modelləri əks etdirən gündəlik həyatda universal təcrübə əldə etmək imkanı qazandılar. Amma indi Amerika ailəsi bütün dəyərlərini sürətlə itirir. 
ABŞ-də alimlər və tədqiqatçılar qeyd edirlər ki, Amerika ailəsinin yalnız heteroseksual evliliyə, qan qohumluğuna və ya övladlığa götürməyə əsaslanan ənənəvi strukturu müasir şəraitdə əhəmiyyətsizləşib və artıq mövcud reallığı əks etdirmir. Ənənəvi, heteroseksual evlilik artıq cinsi münasibətləri tənzimləyən yeganə model deyil. ABŞ ştatlarında faktiki nikahlar (birgə yaşayış), qeydiyyatdan keçmiş tərəfdaşlıqlar və eynicinsli nikahlar kimi qeyri-ənənəvi ailə formaları hüquqi tanınır. 1980-ci illərdən başlayaraq, ABŞ-ın bir sıra ştatlarında nikahı qeydə almadan birlikdə yaşayan kişi və qadın üçün müəyyən hüquq və öhdəlikləri müəyyən edən qanunların qəbul edilməsi məlumdur. 
Bundan başqa, amerikalı sosioloqlar qeyd edirlər ki, qeyri-ənənəvi ailə birliklərinin yaranması ABŞ-də baş verən dəyişikliklərin təbii nəticəsidir. Britaniyalı alim Entoni Giddens deyir ki, müasir cəmiyyət yenidən strukturlaşma prosesindədir, ənənələr, o cümlədən ailə cəmiyyətləri dəyişdikdə və hətta yox olduqda, post-ənənəvi cəmiyyət yaranır. Ailə həyatının formaları, eləcə də davranış normaları daha da müxtəlifləşib və ümumilikdə “yeni ailə plüralizminin” qurulmasından danışmaq olar. Ailə quruluşlarının yeni formalarının tanınması üçün zəruri olan hüquqi bazanı yaratmaqla, Amerika qanunvericiliyi bununla, bütövlükdə, cəmiyyətdə və xüsusən də ailədə baş verən dəyişikliklərə cavab verir. Son onilliklərdə Amerika cəmiyyətini bürümüş tendensiyalar ABŞ qanunvericiliyində öz əksini tapmışdır. 
Əlbəttə, Amerika qanunvericiliyi cəmiyyətdə baş verən dəyişiklikləri nəzərə alır, çünki hüququn əsas vəzifəsi cəmiyyətdə yaranan münasibətləri tənzimləməkdir. Bununla belə, eynicinsli nikahların tanınması cəmiyyət üçün ciddi təhlükədir, çünki eyni cinsli birliklər ailənin əsas funksiyasını - reproduktivliyi (insanın bioloji peyda olması) yerinə yetirə bilmir. Halbuki hər hansı bir bioloji növün əsas vəzifəsi bu növün özünün həyatını qorumaqdan ibarətdir. Üstəlik, Amerika Pediatriya Kollecinin apardığı araşdırmaya görə, eyni cinsli valideynlər tərəfindən böyüdülən uşaqlar daha çox ailə qurmaq nümunəsinə tabe olurlar, çünki onlar valideynlərindən nümunə götürməyə meyllidirlər. 
Fərdi azadlıq yeni əsrin ən böyük nemətidir, ancaq bu azadlığın verilməsində ümuməxlaqi norma sərhədlərini aşmaq istənilən cəmiyyət üçün sonu bilinməyən nəticələr doğura bilər. Xüsusilə də bu azadlıq normalarının təbiət qanunlarına qarşı qoyulması ümumi əxlaqi dəyərləri ciddi təhlükə altına salır. Məsələn, Qərbdə uşağın doğum haqqında şəhadətnaməsi işə götürülərkən və ya verilərkən cinsin göstərilməsi qanunla qadağandır. Hələ 2017-ci ildə Almaniya Ali Məhkəməsi “doğum haqqında şəhadətnamələrdə üçüncü sətrin görünməsi” ni, yəni oğlan, qız və “başqa” sözünü qüvvədə saxlamağa qərar vermişdi. Uşaq böyüdükdə və cinsi olaraq kim olacağına qərar verdikdə müəyyən edilə bilən bir növ orta cinsi vəziyyət sənədə yazılır. Bu, guya cinsiyyət əvəzinə sənədlərində “fərqli” bir cins yazmaq hüququndan istifadə etmək istəyənlərin hüquqlarını qorumaq üçündür. Beləliklə, əsrlər boyu insanları və ümumən canlıları – heyvanları, məməliləri və digərlərini cinsinə görə ayıran xətt Qərbdə silinir. Təəccüblüdür ki, bütün bunlar okeanın o tayında da mediada geniş şəkildə reklam olunur, insanların, xüsusən də gənc nəslin şüurunda belə bir həyat tərzinin qanuniliyi ideyası əkilir. 
Filosoflar və sosioloqlar hesab edirlər ki, cəmiyyətlərin möhkəmliyi və uzun-
ömürlü olması xalqların mənəvi və dini dəyərlərinin qorunub saxlanmasından asılıdır. Əgər bu dəyərlər sarsılarsa və ya bu dəyərlərin funksiyasına ümumi inam azalarsa, cəmiyyətlər deqradasiyaya uğrayar. Əlbəttə, bir çox amerikalılar hələ də əxlaqi, ailə və mənəvi dəyərlərə hörmət edirlər, lakin keçmişlə müqayisədə bu kateqoriyada ciddi boşluqlar var. Bu fərziyyə ondan ibarətdir ki, bu boşluqlar aradan qaldırılmadıqca və ABŞ-də bir növ mənəvi intibah baş vermədikcə, cəmiyyət dərin sosial, mədəni, siyasi və hətta təhlükəli nəticələr olmadan həlli mümkünsüz dərin problemlərdən əziyyət çəkəcək. ABŞ-nin yeni prezidenti də bu çöküşün qarşısını almaq istəyir. 

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Yanvar 2025 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see264

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see236

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see180

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see176

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see170

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see169

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see154

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see136

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see133

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see132

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see131

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see127

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see126

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see126

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see125

Ferhat Göçer Bakıda!

18 Oktyabr 2025 17:07see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri