Tramp: Alyaskada Putin müharibəni dayandırmağa razı olmasa, bunun Rusiya üçün ağır nəticələri olacaq
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Vaşinqton, 13 avqust, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp cümə günü Alyaskada keçiriləcək görüş zamanı Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı müharibəni dayandırmağa razı olmadığı təqdirdə, bunun Rusiya üçün çox ağır nəticələri olacağını deyib.
AZƏRTAC-ın məlumatına görə, bu barədə Tramp Vaşinqtondakı Kennedi Mərkəzində çıxışı zamanı keçirilən tədbirdə bildirib.
O, bunun yeni sanksiyalar və ya tariflər demək olduğuna dair sualdan yayınıb.
"Bu barədə nəsə deməyə məcbur deyiləm. Lakin bunun çox ağır nəticələri olacaq",- deyə Tramp qeyd edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

“Alyaskada razılaşma olmasa, Rusiya üçün ciddi nəticələr olacaq” Tramp
13 Avqust 2025 22:16
Alyaskada Tramp və Putin üçün mülk icarəyə götürülüb
11 Avqust 2025 15:49
Tramp: Putinlə Alyaskada görüş Rusiya və ABŞ üçün əhəmiyyətli olacaq
14 Avqust 2025 22:40
Putin Tramp görüşündən əvvəl Alyaskada aksiya FOTOLAR
15 Avqust 2025 14:50
Tramp Putin görüşü: Alyaskada etirazlar başladı Video
15 Avqust 2025 13:59

