Icma.az
close
up
RU
Tramp Avropalı liderlərlə Ukraynadakı müharibənin dayandırılmasını müzakirə edəcək The Guardian

Tramp Avropalı liderlərlə Ukraynadakı müharibənin dayandırılmasını müzakirə edəcək The Guardian

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ Prezidenti Donald Trampın Şotlandiyaya beşgünlük səfəri çərçivəsində Böyük Britaniyanın baş naziri Kir Starmer və Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayenlə keçirəcəyi danışıqların əsas mövzularından biri Ukraynada müharibəyə son qoyulması olacaq. Bu barədə Britaniyanın nüfuzlu The Guardian nəşri həm ABŞ, həm də Böyük Britaniyadakı mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, Donald Tramp səfər ərəfəsində Vaşinqtondan ayrılmadan öncə jurnalistlərə açıqlamasında Rusiyaya qarşı ikinci dərəcəli sanksiyaların tətbiqinin nəzərdən keçirildiyini təsdiqləyib. Bu, onun Ukrayna məsələsinə münasibətində ritorikanın dəyişməsi kimi qiymətləndirilir.

Ursula Fon der Lyayen açıqlamasında bildirib ki, Tramp ilə görüş iyulun 27-ə planlaşdırılıb. Britaniyalı rəsmilər Trampın son həftələrdə Ukrayna və Rusiya ilə bağlı ritorikasında yumşalma müşahidə olunduğunu vurğulayaraq, qarşıdakı danışıqlardan ehtiyatlı optimizm gözləyirlər.

Sülh təşəbbüsləri gündəmdədir

Qeyd edək ki, Tramp bir müddət öncə Ukrayna prezidenti Volodimir Zelenski və Rusiya prezidenti Vladimir Putinlə üçtərəfli görüş keçirmək istədiyini açıqlayıb. Bu təşəbbüsünü Şotlandiyaya yola düşməzdən əvvəl mətbuat qarşısında da təsdiqləyib.

Digər tərəfdən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da oxşar təşəbbüslə çıxış edib. O, Tramp və Putin arasında Ukrayna üzrə sülh danışıqlarının İstanbulda keçirilməsinə dair planlarını ictimaiyyətə açıqlayıb. Cənab Ərdoğan yaxın zamanda hər iki liderlə bu məsələdə danışıqlar aparacağını bildirib. Onun sözlərinə görə, əgər Putin də razılıq versə, Tramp mümkün sülh danışıqlarında iştirak etməyə hazır olduğunu şəxsən çatdırıb.

Bu arada Türkiyənin xarici işlər naziri Hakan Fidan da iyulun 23-də ukraynalı və rusiyalı nümayəndələrin görüşündə liderlər səviyyəsində sammitin keçirilməsi ilə bağlı ilkin razılıq əldə olunduğunu bəyan edib. Nazir deyib ki, danışıqlarda liderlərin hansı şərtlər daxilində bir araya gələ biləcəkləri konkret müzakirə olunub.

Beynəlxalq ictimaiyyətin gözləntisi

Prezident Trampın Avropa səfəri və sülh təşəbbüsləri, həmçinin Fon der Lyayen və Starmerlə mümkün diplomatik razılaşmalar, müharibənin gedişatında yeni mərhələnin başlanğıcı ola bilər. Hərçənd, bu danışıqların nəticələri və mümkün liderlər sammitinin reallaşması ilə bağlı hələlik yekun qərar yoxdur, beynəlxalq ictimaiyyət bu görüşlərdən konkret irəliləyiş gözləyir.

S.ELAY

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 İyul 2025 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see305

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see222

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see176

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see175

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see156

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see150

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see149

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri