Tramp bəzi ölkələrə tətbiq olunan rüsumları 90 gün müddətinə dayandırıb
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ-ın bir sıra ölkələrə qarşılıqlı əsasda tətbiq etdiyi əlavə idxal rüsumları 90 gün müddətinə dayandırılır.
APA xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp öz “Truth” hesabında açıqlayıb.
Tramp qeyd edib ki, 75-dən çox ölkə ticarət, ticarət maneələri, rüsumlar, valyuta manipulyasiyası və qeyri-monetar tariflərlə bağlı məsələləri müzakirə etmək üçün ABŞ nümayəndələrinə müraciət edib.
Bu dövlətlər, ABŞ-a qarşı heç bir cavab tədbiri görməyiblər. Tramp bildirib ki, məhz buna görə də bu dövr üçün 90 günlük fasilə və cavab rüsumlarının əhəmiyyətli dərəcədə aşağı səviyyədə, yəni 10% təşkil edəcək şəkildə tətbiq olunması barədə əmr verib.
Ağ Ev rəhbəri həmçinin qərarın dərhal qüvvəyə mindiyini vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 09 Aprel 2025 22:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















