Tramp: Bir çox ölkə İbrahim Sazişinə qoşulacaq
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İrana qarşı həyata keçirilən hərbi zərbələrdən sonra bir çox dövlətlər "İbrahim Sazişi"nə (Abraham Accords) qoşulacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri ABŞ-nin "Politico" qəzetinə müsahibəsində danışıb.
Dövlət başçısının fikrincə, bunun əsas səbəblərindən biri İranın artıq ciddi şəkildə zəiflədilməsidir.
Tramp həmçinin xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni, iş adamı Cared Kuşnerin fəaliyyətinə toxunaraq bildirib:
"Onlar çox uğurlu fəaliyyət göstərirlər və gələcək üçün böyük iş potensialına malikdirlər".
Xatırladaq ki, "İbrahim Sazişi" 2020-2021-ci illərdə Vaşinqtonun vasitəçiliyi ilə İsrail və bəzi ərəb dövlətləri arasında imzalanıb. 2020-ci ildə Bəhreyn, Mərakeş və Birləşmiş Ərəb Əmirlikləri İsraillə münasibətləri normallaşdırmaq qərarı verib, 2021-ci ildə isə Sudan İsraillə rəsmi diplomatik münasibətlər qurub.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail qüvvələri İrana qarşı birgə hərbi əməliyyatlara başlayıb. Buna cavab olaraq İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrail ərazisində və ərəb ölkələrində yerləşən ABŞ hədəflərinə qarşı hücumlar təşkil edib.
Məlumatlara görə, həyata keçirilən əməliyyatlar nəticəsində İranın ali lideri Əli Xamenei də daxil olmaqla bir sıra yüksəkvəzifəli şəxslərin həlak olduğu bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 10 Mart 2026 19:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















