Icma.az
close
up
RU
Azərbaycan İbrahim Sazişinə qoşulur? “Bu sazişin mahiyyəti ilə heç bir əlaqəmiz yoxdur”

Azərbaycan İbrahim Sazişinə qoşulur? “Bu sazişin mahiyyəti ilə heç bir əlaqəmiz yoxdur”

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Azərbaycanın ümumiyyətlə, İbrahim Sazişinin mahiyyəti ilə heç bir əlaqəsi yoxdur. Biz sami xalqlarından deyilik. Ərəb-İsrail münaqişəsinin, coğrafi olaraq, Azərbaycanla o qədər də əlaqəsi yoxdur”.

Bu sözləri "Yeni Sabah"a şərqşünas-yazar Kənan Rövşənoğlu deyib.

O, qeyd edib ki, Azərbaycanla yanaşı, Qazaxıstan da İbrahim Sazişinə qoşulmağa dəvət edilib:

“Mart ayında ilk dəfə 40-a yaxın yəhudi din xadimi İsraillə yaxşı əlaqələri olan Azərbaycan və Qazaxıstanın da İbrahim Sazişinə qoşulması ilə bağlı müraciət etmişdi. Bu saziş Donald Trampın birinci prezidentliyi dövründə gündəmə gəlib. Ö özündə Ərəb-İsrail barışığını nəzərdə tutur. Yəni hökumətlər səviyyəsində ərəb ölkələrinin İsraili tanıması və iqtsadi, sosial və mədəni sahələrdə əlaqələrin yaradılmasını özündə əks etdirən kompleks bir sazişdir.

Sənəd ona görə İbrahim sazişi adlanır ki, səmavi dinlərə görə, İbrahim peyğəmbər həm ərəblərin, həm də yəhudilərin əcdadı hesab olunur. Yəni həzrəti İbrahim həm ərəblərin, həm də yəhudilərin atasıdır və onları birləşdirən ortaq bir dəyərdir.

Barışıq prosesi əsasında 2020-ci il sentyabrın 15-də ABŞ-də Bəhreyn, Qətər və BƏƏ ilə İsrail arasında saziş imzalandı. Bununla da İsraillə dostlaşan ərəb ölkələrinin sayı 4-ə çatdı. Daha sonra bu rəqəm 6 oldu. Amma proses Trampdan sonra dayandı. Xüsusən, Qəzza müharibəsindən sonra Səudiyyə Ərəbistanı rəsmən prosesə "stop" qoydu”. 

Kənan Rövşənoğlu diqqətə çatdırıb ki, Azərbaycanın bu sazişin mahiyyəti ilə heç bir əlaqəsi yoxdur:

“Azərbaycanın ümumiyyətlə, İbrahim Sazişinin mahiyyəti ilə heç bir əlaqəsi yoxdur. Biz sami xalqlarından deyilik. Ərəb-İsrail münaqişəsinin, coğrafi olaraq,

Rəsmi Bakı bu kimi münaqişəli məsələlərdə həmişə BMT qərarlarına istinad edib. BMT qərarına əsasən, Azərbaycan Fələstin dövlətinin yaradılmasını dəstəkləyir. Azərbaycan və Qazaxıstanın İbrahim Sazişinə qoşulması üçün bir zəmin yoxdur. Ola bilsin ki, Trampın yeni prezidentliyi dövründə düşünülür ki, bu saziş bütün müsəlman ölkələrini əhatə edən siyasi prosesə çevrilsin. Amma bunun arxasında ABŞ-nin və İsrailin hansı planları var, bilmirik.

Ərəb ölkələri bu məsələdə daha çox milli maraqlara istinad edir. Yəni ərəblər düşünür ki, İsraillə sərhədlərimiz və daim onunla müharibə edə bilmirik. Etdikdə isə uduzuruq. Eyni zamanda, ABŞ və Böyük Britaniyanın siyasi, maliyyə və hərbi dəstəyindən asılı olduqları üçün buna məcburdurlar. Amma Türkiyə, İran və Pakistanın belə bir öhdəlikləri yoxdur. Üstəlik, bu ölkələrin əhalisi arasında Fələstin və Qüds məsələsinə xüsusi bir həssaslıq var.

Təbii ki, Fələstin məsələsi həll olunarsa, yəhudilər və müsəlmanlar arasında ciddi bir münaqişə qalmayacaq. Tarix boyu bu iki dini icma birlikdə yaşayıblar. Problemin kökü İsrailin işğal siyasəti və Fələstin dövlətinin yaranmasını tanımamasıdır. Bu məsələ həll olunarsa, sabah Pakistan da, İran da, Türkiyə də İsraillə münasibətləri yaxşılaşdıra bilər. Amma Fələstin məsələsi həll olmamış, Türkiyə, İran və Pakistan kimi milli dövlətlərin İsraillə münasibətləri yaxşılaşdırması və İbrahim sazişi kimi layihələrə qoşulması inandırıcı deyil”.

Nazim Hacıyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 15 May 2025 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see347

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see238

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see220

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see188

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see169

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see165

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see155

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see154

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see154

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see152

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see151

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see150

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see149

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see139

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see138

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see135

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri